🔍
Comparative advantage specialization and gains from trade | Microeconomics | Khan Academy - YouTube
Channel: Khan Academy
[0]
Gəlin ovçu-toplayıcı dünyasından çıxaq
[4]
və yemək dəsti bazarına baxaq.
[6]
Deyək ki, iki məhsul haqqında danışacayıq-
[8]
iki cür yemək dəsti.
[11]
Bu oxda fincanlar,
[14]
və bu oxda isə boşqablar olacaq.
[17]
Deyək ki, Çarli adında istehsalçımız var,
[19]
və əgər o, bütün vaxtını fincanlara ayırsa,
[21]
istehsal edə biləcəyi miqdarları
bura yazaq,10, 20, 30
[29]
Beləliklə, bütün vaxtını fincanlara ayırsa,
[31]
30 fincan istehsal edə bilər,
[33]
əgər bütün vaxtını boşqablara ayırsa,
[36]
10 boşqab istehsal edə bilər.
[39]
Və fərz edək ki,
[40]
xətti istehsal imkanları həddi var.
[43]
Beləliklə, istehsal imkanları həddi
buna bənzəyəcək.
[47]
Bir az çəkək,
əslində iki nöqtəni birləşdirir.
[49]
Bunu daha çox xəttə oxşatmaq istəyirəm,
[52]
edə biləcəyimin ən yaxşısı budur.
[54]
Buradakı əyri Çarlinin
istehsal imkanları həddidir.
[60]
İndi alternativ xərc haqqında düşünək.
[62]
Bu xətti İİH olduğu üçün
[64]
alternativ xərc dəyişməyəcək.
[65]
Bu xəttin mailliliyi dəyişməyəcək.
[67]
Bu ovçu-toplayıcıda gördüyümüz
[68]
yay formalı əyri deyil.
[70]
Məhsulların digəri ilə əlaqəsinə görə
[72]
bu istehsal imkanları həddi üzərində
[74]
hər nöqtədə sabit alternativ xərc
olacaq.
[78]
Deyək ki, buradayıq,
[80]
bu işləri sadə edəcək
[81]
uc nöqtələrini nəzərə aldıqda,
[82]
o, 30 fincan istehsal edir,
[84]
10 boşqab istehsal etməsinin
alternativ xərci nədir?
[87]
10 boşqab istehsal etmək üçün
[88]
o, 30 fincandan imtina etməli olacaq.
[91]
Deməli, 10 boşqab istehsal etməyin
alternativ xərci
[97]
30 fincana bərabərdir.
[100]
Və ya bir boşqabın alternativ xərcini
istəsəniz,
[103]
hər iki tərəfi 10-a bölməlisiniz,
[105]
beləliklə, 1 boşqabın alternativ xərci,
[107]
3 fincana bərabərdir.
Bu, kifayət qədər ədalətlidir.
[114]
İndi eyni ssenari barədə düşünək
[117]
və ya yemək dəsti bazarında olan
[120]
başqa bir istehsalçı haqqında düşünək,
Onu Patti adlandıraq.
[123]
Əgər Patti bütün vaxtını fincanlara ayırsa,
[125]
bir gündə 10 fincan istehsal edə bilər,
[127]
əgər bütün vaxtını boşqablara ayırsa,
[129]
bir gündə 30 boşqab istehsal edə bilər.
[132]
Beləliklə, budur..
[134]
həmçinin o da xətti istehsal imkanları həddinə malikdir,
[137]
bu da Patty-in İİH-dir.
[145]
Və gəlin onun hər bir boşqab üçün
[147]
alternativ xərci barədə düşünək.
[149]
Bu nöqtədə əldə edəcəyi alternativ xərc,
[152]
əgər fincanlara fokuslanarsa,
[154]
və əgər 30 boşqab
istehsal etmək istəyirsə,
[156]
riyazi cəhətdən aydın göstərmək üçün
[158]
mən qəsdən uc nöqtələri istifadə edirəm.
[159]
Əgər 30 boşqab istehsal etmək istəyirsə,
[161]
10 fincandan imtina etməlidir.
[163]
Deməli, onun 30 boşqab istehsalı üçün
alternativ xərci
[169]
10 fincana bərabərdir.
[173]
Və ya əgər hər iki tərəfi 30-a bölsən,
[175]
1 boşqab istehsalının alternativ xərci,
[179]
fincan baxımından,
[180]
10 böl 30, 1/3-dir, bir fincanın 1/3-i.
[184]
İndi bu maraqlıdır,
[186]
indi onların uyğun alternativ xərclərini
müqayisə edə bilərik.
[189]
Çarlinin bir boşqab istehsal etməsi
[190]
üçün alternativ xərci 3 fincandır,
[192]
Pattinin bir boşqab istehsal etməsi üçün
[194]
alternativ xərci 1/3 fincandır.
[196]
Deməli, Patti üçün,
[197]
xüsusilə fincanlarla ölçdüyünüz zaman,
[199]
boşqab istehsalı daha ucuzdur.
[201]
Boşqab istehsalında Çarliyə nisbətən
[203]
alternativ xərc daha aşağıdır.
[205]
Çarliyə nisbətən deyirik, çünki,
onun alternativ xərci
[209]
boşqab istehsalında aşağıdır,
1/3-ə qarşı 3,
[212]
Patti-in boşqab istehsalında
Çarliyə nisbətdə
[223]
müqayisəli üstünlüyü olduğunu
deyə bilərik.
[227]
Bunu sadəcə istehsal edə bildiyi üçün
demirik -
[232]
Yəqin növbəti videoda
bəzi vəziyyətlər görəcəyik,
[234]
biz bunu göstərəcəyik.
[235]
Müəyyən bir gündə
[237]
daha çox boşqab istehsal edə bilməsi də
önəmli deyil.
[240]
Müqayisəli üstünlüyünün səbəbi bu deyil.
[242]
Bu, mütləq üstünlük adlanır,
[243]
və biz bu barədə daha çox danışacağıq.
[245]
Onun müqayisəli üstünlüyü var
[247]
çünki, onun alternativ xərci daha aşağıdır.
[249]
Onun boşqab istehsalında alternativ xərci
[251]
Çarlinkinə nisbətən daha aşağıdır.
[254]
İndi əksini düşünək.
[256]
Fincanlarda müqayisəli üstünlük kimdədir?
[259]
Əgər hər iki tərəfi 3-ə bölsək,
[265]
hər iki tərəfi dəyişdirək,
[268]
beləliklə. Çarlinin 3 fincan istehsal etməsinin
alternativ xərci
[272]
1-ə bərabərdir.
[275]
Və ya hər tərəfi 3-ə bölsən,
[277]
1 fincanın alternativ xərci 1/3 boşqabdır.
[283]
Pattinin vəziyyətinə baxsaq,
[286]
bu ikisinin yerini dəyişək,
[289]
10 fincan üçün alternativ xərci 30 boşqabdır.
[295]
Hər iki tərəfi 10-a bölsən,
[297]
1 fincanın alternativ xərci
3 boşqaba bərabərdir.
[302]
Və açıq-aydın,
biz bu barədə öncə danışmışdıq,
[305]
1 artan vahidin alternativ xərci
[306]
bir fincanın marjinal xərci ilə
eyni şeydir.
[310]
Lakin hər nəysə,
[311]
fincan istehsalında kim daha aşağı
alternativ xərcə sahibdir?
[315]
Yaxşı, gəlin görək,
Çarlinin istehsal edə biləcəyi bir fincan,
[319]
və ya Çarlinin istehsal etdiyi
hər əlavə fincanın alternativ
[322]
xərci 1/3 boşqabdır,
və Pattininki isə 3 boşqabdır.
[325]
Deməli, Çarli
[326]
fincan istehsalında daha aşağı
alternativ xərcə malikdir.
[330]
Yəni, 1/3 boşqaba qarşı 3 boşqab.
[333]
Bu, Çarlinin müqayisəli üstünlüyə
sahib olduğu sahədir.
[340]
İndi görəcəyimiz şey
[341]
tərəflərin hər ikisi də
[342]
özlərinin müqayisəli üstün olduqları
sahələrdə ixtisaslaşarlarsa
[346]
və sonra ticarət edərlərsə,
fərdi istehsal imkanları hədlərindən
[350]
kənarda olan nəticələr əldə edə bilərlər.
[353]
Deməli, görə biləcəyimiz şey, məsələn,
[355]
hər ikisi 15 fincan və 15 boşqab
[357]
əldə edə biləcəkləri nəticəyə
çata bilərlər,
[361]
öz başlarına buraxılsalar,
bu, qeyri-mümkün olardı.
[363]
Gəlin görək bunu necə edirlər.
[365]
Biz demişdik ki,
[365]
Çarlinin fincanlarda
müqayisəli üstünlüyü var.
[368]
Onun fincan istehsalındakı alternativ xərci
[371]
Pattinkinə nisbətən daha aşağıdır.
[374]
3 boşqaba qarşı 1/3 boşqab.
[376]
Gəlin onu fincan istehsalında
ixtisaslaşdıraq. Fincan mütəxəssisləri.
[381]
Fincanlarda ixtisaslaşacaq və
[383]
Patti də, eyni səbəbə görə,
boşqab istehsalında ixtisaslaşacaq.
[389]
Yəni Çarlinin fincanlarda ixtisaslaşması
[392]
ancaq fincanlara diqqət ayıracağı
deməkdir.
[394]
Beləliklə,o, hər gün 30 fincan
istehsal edəcək.
[398]
Və Pattinin boşqablarda ixtisaslaşması
[401]
onun hər gün 30 boşqab
istehsal edəcəyi deməkdir.
[404]
(Bunu fərqli rəngdə edim: bənövşəyi)
[407]
O hər gün 30 boşqab istehsal edəcək.
[409]
İndai təsəvvür edin,
burda fərziyyə yürüdəcəm,
[412]
hər ikisinin də bunu etdiyini düşünün,
lakin
[414]
hər ikisi də yalnız istehsal etdiklərinə
malik olmaq istəmirlər,
[417]
bunların kombinasiyasına
malik olmaq istəyirlər,
[419]
odur ki, alver etməyə qərar verirlər.
[421]
Qiyməti bura sabitləyəcəm.
[422]
Gələcəkdə bazarlar haqda
daha çox danışacayıq.
[424]
Fərz edirəm ki, onlar 1 boşqab üçün
1 fincana razılaşacaqlar.
[433]
Bu, hər ikisi üçün də məntiqlidir
[435]
çünki, bu ticarət qiyməti və ya
bazar qiyməti,
[439]
onların alternativ xərcindən aşağıdır.
[441]
Çarlinin bütün fincanları buradadır,
[445]
əgər tək başına qalsaydı,
hər bir əlavə boşqab üçün
[448]
3 fincan fəda edəcəkdi, lakin indi
[450]
bazarda, burdakı qiymətlə,
[452]
əlavə boşqab üçün yalnız
1 fincan fəda edəcək.
[456]
Beləliklə, bu, onun üçün məntiqlidir,
çünki bazar qiyməti
[459]
onun alternativ xərcindən aşağıdır.
[461]
Buna görə onu özü istehsal etməkdənsə,
[465]
bazarda bir boşqab almaq istərdi.
[467]
Bu yol daha ucuzdur.
[468]
Patti üçün də vəziyyət belədir.
[470]
Bütün bu boşqablara sahibdir,
lakin əgər o fincan istərsə,
[473]
tək başına qalsaydı, bunun üçün
3 boşqab fəda etməli olacaqdı.
[476]
O, 3 boşqabdan imtina etməli olacaqdı.
[478]
Lakin indi bazarda,
[479]
o yalnız 1 boşqabdan imtina etməlidir.
[482]
Yəni bu yaxşı bir anlaşmadır,
[484]
bu, onun alternativ xərcindən azdır.
[486]
Beləliklə, ticarət etmək istəyəcəkdir.
[488]
Və hər ikisi də edə bilər,
[490]
məsələn, Çarli boşqab üçün
fincan istehsalına davam edəcək
[493]
və nəticədə bu xətt üzərinə gələcək.
[497]
Və Patti də eyni şeyi edə bilər:
[498]
fincan üçün boşqab sata bilərdi
[500]
və burarda bir yerdə olacaq.
[502]
Təbii ki, harada olacaqları digərinin
[504]
nə qədər ticarət etmək istədiyinə
bağlıdır.
[506]
Lakin deyək ki,
[507]
hər ikisi də 15-15 ssenarisindən
məmnundur,
[509]
hər ikisi də digərinə 15 fincan sata bilər.
[513]
Deməli, Çarli 15 boşqab üçün 15 fincan
[515]
və təbii ki, Patti da 15 fincan üçün
15 boşqab sata bilər.
[518]
Və beləcə, onların
hər ikisi burada olacaqdır.
[521]
Bu vəziyyət onların öz istehsal
imkanlarına qalsaydı,
[526]
əlçatmaz olardı.
[526]
Ümid edirəm, bu, sənə maraqlı gəldi.
[528]
İxtisaslaşaraq bu ticarət gəlirini
əldə etdilər.
[531]
Öz müqayisəli üstünlüklərində
ixtisaslaşdılar.
Most Recent Videos:
You can go back to the homepage right here: Homepage





