🔍
Comparing dot plots, histograms, and box plots | Data and statistics | 6th grade | Khan Academy - YouTube
Channel: Khan Academy
[0]
Bu videoda verilən məlumatların
[1]
müxtəlif təqdim edilmə üsullarına nəzər salacağıq və
[4]
hansı üsulun daha yaxşı olduğunu
və ya suallara cavab
[7]
tapmaqda hansı üsulun daha əlverişli
olduğunu müəyyənləşdirəcəyik.
[10]
İlk nümunəyə nəzər salaq.
[12]
Bir şirkətin hazırladığı 14 filmin
[14]
hər birinin uzunluğu qeyd edilib.
[17]
Filmlərin uzunluğu haqqında
məlumat vermək üçün
[21]
hər bir nöqtənin bir film
olduğu nöqtə cədvəli,
[23]
histoqram və qutu cədvəli hazırlanıb.
[26]
Aşağıdakılardan hansı medianı
tapmaq üçün istifadə edilə bilər?
[30]
Medianı tapmalıyıq.
[31]
Gəlin variantlara nəzər salaq.
[34]
Burada nöqtə cədvəli verilib.
[38]
14 filmin hər birinə uyğun nöqtə verilib.
[40]
Belə ki, filmlərdən birinin uzunluğu 81 dəqiqədir.
[43]
Burada qeyd edilib.
[44]
Bir filmin müddəti 92 dəqiqədir.
[47]
Bir filmin müddəti 93 dəqiqədir.
[50]
Bir filmin müddəti 95 dəqiqədir.
[52]
Gördüyünüz kimi iki filmin müddəti 96
[55]
dəqiqədir və s.
[57]
Məncə bundan istifadə edərək,
medianı tapa bilərik.
[61]
Çünki hər bir filmin müddəti məlumdur.
[63]
Onların siyahısını hazırlayıb,
daha sonra
[65]
medianı tapa bilərəm.
[67]
Bir siyahı hazırlaya bilərik.
[68]
Əvvəlcə 81 yaza bilərik, daha sonra 92,
[72]
sonra 93, sonra 95,
[74]
daha sonra iki dəfə 96 yaza bilərik,
[76]
sonra 98,
[79]
sonra 100 yaza bilərik.
[80]
Məncə bunun necə olacağı,
artıq sizə məlumdur.
[82]
Mən bütün siyahını yaza bilərəm
[84]
və sonra da orta qiymətləri tapa bilərəm.
[86]
Deməli, medianı tapmaq üçün
nöqtə cədvəlindən istifadə edə bilərik.
[91]
Bəs histoqram?
[92]
Bu histoqramdır.
[95]
Burada medianı tapmaq üçün
[98]
ədədlərin siyahısını tapmalıyıq.
[100]
Ədədlərin siyahısı hazırlanmalıdır.
[101]
Burada uzunluğu 80 və 85 dəqiqə arasında olan
[105]
bir ədəd film var.
[107]
Ancaq filmin dəqiq müddəti məlum deyil.
[109]
Bu filmin müddəti 81 dəqiqə ola bilər.
[112]
Bu filmin müddəti 84 dəqiqə ola bilər.
[114]
Deməli, qiyməti dəqiq bilmədiyimiz üçün
[118]
filmlərin siyahısını hazırlaya və orta
[120]
qiymətləri tapa bilmirik.
[121]
Odur ki, bunun cavabını
tapmaq üçün
[122]
histoqramdan istifadə edə bilmərik.
[124]
İndi, qutu cədvəlinə nəzər salaq.
[128]
Histoqram cavabını seçməyəcəm.
[130]
Buradakı qutu cədvəli ilə
[131]
bütün qiymətlərin
siyahısını hazırlaya bilmərik,
[134]
ancaq qutu cədvəli bizə medianın
neçə olduğu haqqda məlumat verir.
[137]
Qutunun mərkəzindəki
bu orta xətt
[140]
bizə medianın neçə olduğunu göstərir.
[143]
Əgər bu 100 olarsa, bu 99-dur.
[146]
Bu 95, 96, 97, 98, 99-dur.
[149]
Buradan məlum olur ki, median 99-dur.
[152]
Bu, medianı
hesablamağın ən asan yoludur.
[154]
Qutu cədvəli variantını seçə bilərik.
[156]
Histoqram, medianı hesablamaq üçün
[158]
əlverişsiz bir üsuldur.
[160]
Daha bir nümunəyə nəzər salaq.
[161]
Nicatın avtomobil mağazası var.
[164]
O, avtomobillərin sürət ekranını
yoxladı və
[166]
onların nə qədər istifadə olunduğunu
qeyd etdi.
[169]
Sonra o eyni məlumatı nümayiş etmək üçün
[171]
histoqram və qutu cədvəli hazırladı.
Hər iki diaqram aşağıda göstərilib.
[175]
200000 km-dən daha çox idarə edilən
[178]
avtomobillərin sayını tapmaq üçün
[180]
hansı cədvəl istifadə edilə bilər?
[184]
200000 km-dən çox sürülən
[186]
neçə ədəd avtomobil var?
[189]
Bu histoqrama əsasən deyə bilərik ki,
[193]
200 və 250 arasında
üç avtomobil,
[196]
250 və 300 arasında
iki avtomobil var.
[200]
Deməli, misalın şərtinə uyğun 5 avtomobil var.
[202]
Onlardan üçü 200000 və 250000 km,
[206]
onlardan ikisi isə
250000 və 300000 km
[207]
idarə olunub.
[210]
Beləliklə, sualın cavabı tapıldı.
[211]
5 avtomobil 200000 km-dən artıq idarə edilib.
[216]
Bu cavabın tapılmasında histoqram çox əlverişli oldu.
[220]
Gəlin qutu cədvəlinin əlverişsiz olduğunu
təsdiqləyək.
[222]
Deməli, neçə avtomobilin 200000 km-dən çox
[225]
idarə edildiyini tapmalıyıq.
[227]
Əgər qiymət 200000-dən çox olarsa,
[230]
deməli, 4-cü rübü qeyd etməliyik.
[234]
ancaq sadəcə dördüncü rübə baxaraq, verilən məlumatın
[238]
dəqiq qiymətini tapa bilmərik.
[241]
Buna görə, bu, sualı
cavablamaq üçün əlverişli deyil.
[244]
Gəlin ikinci suala baxaq.
[246]
Aşağıdakılardan hansı
[247]
medianın tapılmasında
[249]
əlverişli hesab edilə bilər?
[251]
Yəni, medianın təxminən
140000 olduğunu
[252]
necə tapa bilərik?
[255]
Medianı hesablamaq üçün
[256]
bütün qiymətlərin siyahısını hazırlamalı
[258]
və sonra orta ədədi tapmalıyıq.
[260]
Buradakı bütün ədədlərin siyahısını
hazırlaya bilmərik.
[263]
Sıfır və 50000 km arasında
[265]
3 qiymət var, amma onların dəqiq
[267]
qiyməti məlum deyil.
[268]
10000, 10000, 10000 ola bilər.
[270]
10000, 15000 və 40000 ola bilər.
[274]
Dəqiq hansı qiymətlər olduğunu bilmirik.
[277]
Bütün ədədləri müəyyən ardıcıllıqla yazmasaq,
[279]
medianı tapmaqda çətinlik çəkərik.
[282]
Ortadakı ədəd, təxminən
[285]
bu aralıqda olacaq,
[287]
amma dəqiq hansı ədəd olduğunu bilmirik.
[289]
Buna görə də histoqram əlverişsizdir,
[290]
çünki qiymətlər ümumi qeyd edilib.
[293]
Ancaq qutu cədvəli vasitəsilə
[296]
medianın nəyə bərabər olduğunu tapa bilərik.
[298]
Buradakı bu xətt, qutunun mərkəzi,
[300]
mediana bərabərdir.
[302]
Medianın qiymətinin
[305]
140000 km-ə bərabər olduğunu görürük.
[308]
Bu 100, 110, 120, 130-dur,
[311]
140000 kilometr mediandır.
[316]
Odur ki, qutu cədvəli vasitəsilə
[320]
sualın cavabını tapa bilərik.
Most Recent Videos:
You can go back to the homepage right here: Homepage





