🔍
Standard reduction potentials | Redox reactions and electrochemistry | Chemistry | Khan Academy - YouTube
Channel: unknown
[1]
Bizim burda standart reduksiya
[2]
potensialı cədvəlimiz var,
[4]
Bu,qısaldılmış versiyasıdır
[5]
amma sol tərəfdə görə bilərsiniz ki,
[7]
bizim fərqli yarım-reaksiyalarımız var.
[9]
Bütün bu yarım-reaksiyaların hamısı
[11]
reduksiya yarım-reaksiyaları kimi yazılmışdır.
[13]
Yadda saxlayın , elektronların alınması reduksiyadır.
[16]
Birinci yarım-reaksiyaya baxsaq,
[18]
gümüş ionu elektron alaraq
[21]
bərk gümüşə çevrilir.
[23]
Bu yarım reduksiya reaksiyasıdır.
[25]
Standard reduksiya potensialı
[29]
+0.80 volt olur.
[33]
Bu, aşağıdakı yarım-reaksiya ilə müqayisə olunur ki,
[36]
bu da standard hidrogen elektroduna uyğun gələn
[39]
referans dəyəridir.
[42]
Bunun potensialı 0 voltdur.
[46]
Digər bütün yarım-reaksiyalar bununla müqayisə olunur.
[49]
Standard reduksiya potensialının
[52]
nə qədər çox müsbətə doğru gedərsə,
[54]
maddə bir o qədər çox reduksiya olunur.
[58]
Gəlin mis 2+ ionunun reduksiyasını
[62]
sink 2+ ionu ilə müqayisə edək.
[65]
Gəlin bu 2 yarım reaksiyanı müqayisə edək.
[68]
Mis 2+ ionunu bərk misə reduksiya ediriksə,
[72]
standard reduksiya potensialı +0.34 volt olur.
[77]
Sink 2+ ionunu bərk sinkə reduksiya ediriksə
[80]
standard reduksiya potensialı
[82]
-0.76 volt olacaq.
[85]
Qiymət nə qədər müsbətdirsə
[87]
maddə bir o qədər çox reduksiya olunur,
[90]
aydındır ki, +0.34 -0.76-dan daha çox müsbətdir.
[96]
Bilirik ki, bu yarım reduksiya reaksiyası olmalıdır.
[100]
Əgər mis və sinkdən ibarət
[103]
reduksiya reaksiyasından danışırıqsa,
[105]
bu bizim yarım reduksiya reaksiyamız olmalıdır.
[108]
Gəlin davam edək və bunu yazaq.
[109]
Bu bizim yarım reduksiya reaksiyamızdır,
[111]
mis 2+ ionu
[115]
2 elektron alaraq
[118]
bərk misə çevrilir.
[123]
Standard reduksiya potensialı +0.34 voltdur.
[128]
Bu, +0.34 volta bərabərdir.
[133]
Bilirik ki, redoks reaksiyalarında
[135]
nəsə reduksiya olunur və oksidləşir,
[138]
bizim artıq yarım reduksiya reaksiyamız var,
[141]
yarım oksidləşmə reaksiyamız da olmalıdır.
[144]
Bu o deməkdir ki, bu
[145]
oksidləşmə yarım-reaksiyası olmalıdır,
[148]
amma bu reduksiya reaksiyası
[149]
kimi yazılıb, ona görə də
[151]
oksidləşmə kimi göstərmək
[153]
üçün reaksiyanı dəyişməliyik.
[155]
Sol tərəfdəki bərk sinkdən başlamalıyıq.
[159]
Soldakı bərk sinkdən başlayırıq,
[161]
və sink sink 2+ ionuna oksidləşir,
[166]
və 2 elektron itiririk.
[168]
Xatırlayın, elektron itkisi oksidləşmədir.
[173]
İndi bu oksidləşmə yarım- reaksiyasıdır.
[176]
Bu reaksiya üçün standart
[179]
oksidləşmə potensialını tapmalıyıq.
[181]
Biz bunu buradakı cədvələ baxmaqla edə bilərik.
[184]
-0.76 standard reduksiya potensialıdır.
[188]
Yarım reaksiyamızı çevirdiyimizə görə
[191]
işarəni dəyişməliyik.
[193]
Oksidləşmə potensialı +0.76 olmalıdır.
[198]
Standart oksidləşmə potensialımızı əldə etmək üçün
[200]
etməli olduğumuz şey işarəni dəyişdirməkdir,
[202]
belə ki +0.76 alınır.
[206]
Ümumi reduksiya reaksiyasını yazmaq üçün
[208]
bu iki yarım reaksiyanı birləşdirməliyik.
[211]
Burada ümumi reduksiya reaksiyasını yazmaq üçün
[215]
yarım reduksiya və oksidləşmə
[217]
reaksiyalarını əlavə edirik.
[219]
Bu elektronlar islah olacaq
[221]
və sol tərəfdə mis 2+ ionu alırıq
[226]
Bu mis 2+ ionu və bərk sink olur.
[232]
Sağ tərəfdəki məhsullarımız isə
[235]
məhlulda bərk mis və sink 2+ ionu olur.
[241]
Bərk mis və sink 2+ ionu əldə edirik.
[247]
Ümumi redoks reaksiyası sizə tanış gəlir,
[251]
çünki bu, son bir neçə videoda
[254]
qalvanik elementə nümunə olaraq danışdığımız
[258]
öz-üzünə gedən reduksiya reaksiyasıdır, elə deyil?
[261]
Bilirik ki, bu sponton reaksiyadır.
[266]
Element üçün yekun potensialı necə tapırıq?
[269]
Standart elektrod potensialını necə tapırıq?
[273]
Bütöv element üçün potensialı necə tapırıq?
[275]
Ümumi reaksiyanı tapmaq üçün
[277]
yarım reduksiya və oksidləşmə reaksiyalarını
[280]
birlikdə əlavə edirik.
[282]
Bu bizə bütöv reaksiyamızı verir.
[284]
Standart elektrod potensialını tapmaq üçün
[287]
yarım reduksiya potensialı ilə
[290]
yarım oksidləşmə potensialını
[292]
toplamaq lazımdır.
[295]
Elementin potensialını tapmaq üçün
[298]
reduksiya potensialı ilə
[300]
oksidləşmə potensialınl toplayırıq.
[303]
Bunu etdiyimiz zaman
[305]
yarım reduksiya reaksiyası üçün
[308]
potensialı +0.34 alırıq,
[310]
yarım oksidləşmə reaksiyası üçün
[313]
potensial +0.76 voltdur.
[316]
Bu bizə standart elektrod potensialını verir.
[319]
Elementimiz üçün potensial +1.10-a bərabərdir,
[328]
hansı ki digər videolardan bilirik, elə deyil?
[330]
Potensial fərqi ölçmək,
[333]
bir voltaik hüceyrənin gərginliyini ölçmək üçün
[334]
voltmetr istifadə edə biləcəyimizi demişdim.
[337]
Standart şəraitdə
[340]
siz +1.10 volt alacaqsınız.
[342]
Bu standart reduksiya potensialı cədvəli
[344]
haqqındakı yaxşı şeylərdən biridir.
[346]
Qalvanik elementin gərginliyini
[349]
bu yolla hesablaya bilərik.
[352]
Gəlin yarım reaksiyaya detallı şəkildə baxaq.
[355]
Gəlin yarım oksidləşmə reaksiyasından başlayaq.
[358]
Bilirik ki, sink oksidləşir, elə deyilmi?
[361]
Sink 2 elektronunu itirir,
[363]
və bu itirilən 2 elektron
[365]
eyni zamanda misin
[367]
reduksiyasına səbəb olan 2 elektrondur.
[371]
Sink misin reduksiyasedicisidir.
[375]
Deyirik ki, sink reduksiyaedicidir.
[378]
Bəzən tələbələr bunu qarışdırırlar,
[380]
çünki sink oksidləşib
[382]
niyə ona reduksiyaedici deyirik?
[384]
Sink nəyinsə reduksiyası üçün vasitədir,
[387]
bu halda mis 2+ ionu üçün
[390]
Sink reduksiyaedicidir.
[392]
Mis 2+ 2 elektron alır,
[395]
mis 2+ ionu reduksiya olunur,
[398]
çünki mis 2+ 2 elektron qəbul edir,
[401]
sinki oksidləşdirir.
[404]
Mis 2+ sinki oksidləşdirən vasitədir
[409]
Oksidləşmə-reduksiya reaksiyamız üçün
[412]
mis 2+ oksidləşdiricidir.
[415]
Gəlin standart reduksiya potensialı cədvəlinə baxaq
[418]
və bunun oksidləşdirici və reduksiyaedici
[419]
maddələri anlamağımıza kömək edə biləcəyini görək.
[423]
Bu , 2 yarım reaksiyanı müqayisə etmişik, elə deyil?
[427]
Burdakı 2 yarım reaksiya.
[429]
Gəlin mis 2+ ionu ilə
[432]
sink 2+ ionunu müqayisə edək.
[435]
Bilirik ki, mis 2+ daha asan reduksiya olunur, düzdü?
[439]
Onun daha yüksək,
[440]
daha müsbət dəyəri var, bunu standart
[442]
reduksiya potensialına görə deyə bilərik.
[445]
Mis 2+ daha asanlıqla reduksiya olunur
[447]
ona görə də mis 2+
[449]
sink 2+ ionundan daha güclü oksidləşdiricidir.
[453]
Standart reduksiya potensialı artdıqca
[456]
maddələr üçün reduksiya olunma
[458]
tendensiyası artır,
[460]
ona görə də oksidləşdiricilik
[463]
qabiliyəti artır.
[465]
Standart reduksiya potensialı artanda
[468]
oksidləşdiricilik artır.
[471]
Mis 2+ sink 2+ ionundan daha güclü oksidləşdiricidir.
[476]
Yaxşı, gəlin əksini düşünək
[479]
Reduksiya potensialı azaldıqca
[482]
burada aşağı endikcə
[484]
gəlin bərk mis və bərk sinki müqayisə edək, elə?
[489]
Bilirik ki, bərk sink
[490]
reaksiyamızda reduksiyaedici idi,
[493]
çünki reduksiya potensialı
[496]
daha neqativ idi.
[498]
Bu isə o deməkdir ki, yarım oksidləşmə yarım-
[500]
reaksiyası olma ehtimalı yüksəkdir.
[502]
Reduksiya potensialı azaldıqca
[505]
oksidləşmə tendensiyası artır.
[509]
Ona görə də reduksiyaedicilik
[511]
qabiliyəti artır.
[513]
Sink misdən daha güclü reduksiyaedicidir,
[517]
çünki, təkrar reduksiya potensiallarına baxaraq
[519]
bilirsiniz ki, bu daha çox oksidləşir.
[522]
Reduksiya potensialı azaldıqca
[524]
oksidləşmə tendensiyası artır,
[527]
ona görə də reduksiyaedicilik
[529]
qabiliyəti artır.
[532]
Litiuma baxsaq?
[534]
Litiumun reduksiya potensialı
[537]
hətta daha çox neqativdir.
[539]
Ona görə də bunun yarı oksidləşmə reaksiya
[541]
olma ehtimalı yüksəkdir.
[543]
Litium sinkdən daha güclü reduksiyaedicidir.
Most Recent Videos:
You can go back to the homepage right here: Homepage





