🔍
Accounting profit vs economic profit | APⓇ Microeconomics | Khan Academy - YouTube
Channel: Khan Academy
[0]
Rasional agentlərin necə qərar verməsi haqqında
[1]
düşünməyə davam edək.
[5]
Deməli, burada Sahilə öz binasında yalnız qamburger
[8]
satmaqla məşğuldur.
[12]
Hər ay onlar 5000 qamburgeri
[15]
bir ədədi 5 manat olmaqla satırlar.
[17]
O, təklif edilən qamburgerin çörəyinə, ətinə,
[20]
kahısına 2 manat xərcləyir.
[23]
Həmçinin, restoranda işləyən Mahir və Rasimə də
[28]
aylıq 2500 manat verir.
[30]
Nəhayət ki, kommunal xidmətlər ayda 500 manata başa gəlir.
[34]
Sahilə restoranda bütün gün işləyir və
[36]
özü üçün mühasibat mənfəətini hesablayır
[40]
Biznesin mühasibat mənfəəti nədir?
[43]
Bu videonu dayandırın və baxın, anlaya bilirsinizmi?
[47]
İndi bu haqda birlikdə düşünək.
[48]
Əvvəlki dərslərdə haqqında danışdığımız xərclər
[51]
barəsində düşünəcəyik
[55]
Fayda haqqında düşünəndə firma ağlımıza
gələ bilər
[58]
hansı ki, tamamilə Sahiləyə məxsusdur,
[61]
firmanın biznesi davam etdirmə faydası onun gəliridir.
[65]
Belə ki, onun topladığı ümumi qazanc
[68]
və bizim edəcəyimiz hər şey
[70]
hər ay olacaq,
[72]
beləliklə, onun ümumi qazancı qiymətlə miqdarın hasili olacaq,
[76]
yəni, 5000 dönər hər biri 5 manata.
[81]
Bu da 25000 manat edəcək.
[84]
Bir daha xatırladım ki, bütün bunlar hər ay baş verəcək.
[88]
Biz buna firmanın, yəni, biznesin
[90]
ümumi faydası kimi baxacağıq
[93]
İndi isə xərclər haqqında düşünək.
[95]
İlk olaraq təchizatların xərcinə baxaq
[98]
Tez-tez o satılan əmtəənin xərci kimi istinad edilir,
[100]
lakin mən bura təchizat yazacağam.
[102]
Beləliklə, xərclər, xərclər sütunu, təchizatlar da qoyaq.
[110]
Deməli, 5000 dönər, hər biri 2 manat,
[114]
o da 10000 manat xərc edir.
[118]
Sonra da, işçilərin xərci var.
[122]
Bura da işçilərin xərcini yazıram,
[124]
bu cür qısaldacağam.
[126]
Burada nə baş verir?
[127]
Aha, onun hərəsi ayda 2500 manata iki işçisi var.
[131]
Bu da 2500 manat və 2-nin hasili olaraq 5000 manat edir.
[136]
Axrıncı olaraq da, kommunal xidmətlər.
[141]
Kommunal xidmətləri qısa olaraq kom yazıram.
[146]
Bu da ayda 500 manat edir.
[150]
Burdan yola çıxaraq mühasibat mənfəətini
hesablaya bilərik.
[154]
Mühasibat mənfəəti onda
[162]
25000 çıxılsın 15500.
[169]
Bu da hər ay 9500 manat edir.
[174]
Sahilə bunun hamısını saxlayır,
[176]
bu da qazanc üçün
[178]
çox yaxşı məbləğdir.
[179]
Sahilə il ərzində altı dəfə qazanc əldə edir.
[182]
Sual odur ki, bu onun üçün rasionaldırmı?
[186]
Bəziləriniz düşünə bilərsiniz ki
[188]
onun üçün biznesi davam etdirməyin rasional
[190]
olduğunu müəyyən etmək üçün
[193]
qeyri-dəqiq xərclərin nə
olduğunu bilməliyik.
[196]
Burada biz ancaq dəqiq xərclərə nəzər yetirdik
[200]
və qeyri-dəqiq xərclərin ən önəmlisi
[202]
alternativ xərclərdir.
[205]
Yəni ki, burada
[208]
əgər Sahilə binasını icarəyə verməsəydi,
[210]
burger biznesini davam etdirməsəydi
[213]
nə edərdi, o nəzərdə tutulur.
[215]
Bütün gün biznesilə məşğul olmasaydı.
[217]
İndi bizə daha çox məlumat lazımdır.
[219]
Görək, əldə edə bilirikmi
[223]
Bizə dedilər ki, Sahilə binasını ayda 5000 manata
[227]
icarəyə verə bilər.
[230]
Eyni zamanda, mühasib olaraq ayda 6000 manat da qazana bilər.
[234]
Buna əsasən, biznesinin iqtisadi mənfəəti nə qədərdir?
[238]
İndi videonu dayandlrın və görün tapa bilirsinizmi?
[242]
Bunu tapmağın bir yolu odur ki,
[243]
mühasibat mənfəətindən bütün
[245]
qeuri-dəqiq xərcləri çıxmaqdır,
[248]
xüsusilə də, alternativ xərcləri.
[251]
Beləliklə, onun alternativ xərcləri
[257]
hər ay
[259]
düşünsək ki, bizneslə məşğul olmur,
[261]
o zaman hər ay 5000 manata binasını icarəyə verərdi,
[265]
və əgər bütün gün bu işlə məşğul olmasaydı
[267]
hər ay mühasib kimi 6000 manat qazanacaqdı.
[270]
6000 manat da burada.
[272]
Və onun fürsət xərclərinin cəmi 11000 manatdır.
[278]
İndi isə iqtisadi mənfəəti
[281]
ümumi gəlirdən dəqiq və
[287]
qeyri-dəqiq xərclərin fərqi olar.
[290]
Onun iqtisadi mənfəəti
[297]
9500 manat
[300]
çıxılsın 11000 manat edər,
[302]
o da mənfi 1500 manat edir.
[308]
Bunu anlamaq önəmlidir, çünki iqtisadi mənfəət
[311]
həmişə dəqiq xərclər və
[313]
potensial qeyri-dəqiq xərclərlə əlaqəlidir.
[316]
iqtisadi mənfəət heç vaxt mühasibat mənfəətindən
[319]
yüksək ola bilməz.
[320]
Təsəvvür etsək ki, burda bəzi qeyri-dəqiq
xərclərimiz də var,
[322]
onda həmişə mühasib mənfəətindən aşağı olacaq.
[325]
Beləliklə, ortaya çıxardığımız bu qədər amillərdən sonra
[328]
Sahilə üçün burger biznesini davam etdirmək
[331]
rasional olarmı?
[333]
Bizə verilən informasiyalardan yola çıxaraq görə bilərik ki,
[335]
burger biznesini davam etdirnək
[338]
Sahilə üçün rasional görünmür.
[339]
Onun biznesdən əldə etdiyi gəliri 9500 manat,
[343]
ancaq bu işinin alternativ xərci olaraq
[346]
11000 manat əldə edir.
[348]
Bu da onun iqtisadi mənfəətini
mənfi edən amildir.
[351]
Bu rasional deyil.
[353]
Əgər daha çox məlumatımız olsaydı,
[355]
məsələn, mühasib olmağa nifrət etdiyini bilsəydik
[357]
bəlkə, onda burger biznesi onun üçün
[360]
faydalı olardı.
[361]
Vaxtla bağlı sıxıntısı yoxdur,
[363]
işi özü idarə etməyi sevir, nəyisə eləmək üçün
[364]
menecerin icazəsini almaq məcburiyyətində deyil.
[367]
Bunlar məsələyə daxil olsaydı,
[369]
onda Sahilənin işi ilə bağlı daha çox qazancı olardı, çünki
[372]
işlər daha fərqli olacaqdı.
[376]
Ancaq biz bilmirik, və bizə verilən məlumatlara əsaslanaraq
[378]
işi davam etdirməyi onun üçün rasional görünmür.
Most Recent Videos:
You can go back to the homepage right here: Homepage