How to interpret a histogram | Data and statistics | 6th grade | Khan Academy - YouTube

Channel: Khan Academy

[0]
Sizin albalı piroqu satdığınız bir mağazanız var.
[3]
Satdığınız piroqların
[4]
üzərindəki albalıların sayı
[6]
fərqlidir.
[9]
Bəzi piroqların üzərində 100-dən çox,
[11]
bəzilərində isə 50-dən az albalı var.
[15]
Siz paylanmanın
[16]
necə olduğunu, neçə müxtəlif növ
[17]
piroq olduğunu öyrənmək istəyirsiniz.
[20]
Neçə ədəd piroqda çox sayda albalı,
[22]
neçə ədəd piroqda az sayda albalı və ya neçə
[25]
ədəd piroqda eyni sayda albalı olduğunu öyrənməlisiniz.
[27]
Bunun üçün bir histoqram tərtib edək.
[29]
Mağazadakı hər piroqa nəzər salın.
[32]
Buraya piroq çəkməyə çalışım.
[36]
Bu, albalı piroqudur. Kifayət qədər yaxşı olmadığını bilirəm.
[40]
Mağazadakı hər bir piroqun üzərindəki
[44]
albalıları sayırsınız.
[49]
Bu piroqun üzərində 1, 2, 3, 4, 5,
[50]
6, 7, 8, 9, 10, saymağa davam edin.
[54]
Fərz edək ki, 32 albalı var.
[56]
Hər piroqun üzərindəki albalıları sayırıq.
[58]
Daha sonra qovluq yaradırıq.
[59]
Sadəcə qrafik qurmaq istəmirik.
[61]
Çünki 32 dəqiq say deyil.
[63]
Biz ümumi miqdarı göstərmək istəyirik.
[65]
Odur ki, "30" qovluğu yaradırıq.
[68]
Neçə ədəd piroqda 0 - 29 arası albalı var?
[72]
Neçə ədəd piroqda 30 - 59 arası albalı var?
[76]
Neçə ədəd piroqda 60 - 89 arası albalı var?
[79]
Neçə ədəd piroqda 90 - 119 arası albalı var?
[83]
Neçə ədəd piroqda 120 - 149 arası albalı var?
[87]
Mağazada olan heç bir piroqda albalıların sayı 149-dan çox deyil.
[90]
Odur ki, bu say kifayətdir.
[92]
Daha sonra onları sayırıq.
[93]
Məsələn, 5 piroqda 30 - 59 arası albalı var.
[97]
Histoqramda onu belə qeyd etdik.
[99]
Histoqram tərtib etdikdə, bu çəhrayı hissəni 5-ə qaldırırıq.
[103]
Histoqram belə qurulur.
[105]
Piroqların üzərindəki albalı sayını histoqramdan öyrənə bilərik.
[109]
Histoqramın necə qurulduğunu gördük. İndi isə
[112]
verilən məlumatlara əsasən onu şərh etməyə çalışaq.
[116]
Birinci sual belədir:
[117]
Verilən məlumatlara əsasən,
[119]
mağazadakı piroqların ümumi sayını
[120]
deyə bilərsiniz?
[123]
Bunların hamısını histoqramda sayacağıq.
[125]
Videonu dayandırıb, sualın
[126]
cavabını tapmağa çalışın.
[128]
Piroqların ümumi sayı nə qədərdir?
[130]
Gəlin baxaq.
[133]
Burada üzərində ən azı 30, ən çox 59 albalı olan 5 ədəd piroq var.
[141]
Mavi hissədə 8 piroq var.
[144]
Yaşıl hissədə 4 piroq var.
[147]
Burada üzərində ən azı 120,
[151]
ən çox 149 albalı olan 3 piroq var.
[155]
Bu, piroqların ümumi sayıdır.
[157]
Mağazada olan piroqların sayını tapmaq üçün bunları toplayaq:
[160]
5 + 8 + 4 + 3.
[164]
5 + 8 = 13,
[168]
üstəgəl 4 = 17, üstəgəl 3 = 20.
[171]
Mağazada 20 piroq var.
[175]
İndi isə növbəti suala nəzər salaq.
[177]
Siz üzərindəki albalı sayı 60-dan çox olan piroqların sayını bilmək istəyirsiniz.
[181]
Üzərindəki albalı sayı 60-dan çox olan
[183]
piroqların sayı.
[188]
Üzərində 60 və ya daha çox
[189]
albalı olan piroqlar.
[195]
Gəlin bu haqda düşünək.
[197]
Buradakı çəhrayı hissəni saymırıq.
[199]
Çünki buradakı piroqlarda 60-dan az albalı var.
[201]
Ancaq qalan bütün hissələrdə albalı sayı 60 və ya daha çoxdur.
[205]
Bu 60 - 89, bu 90 - 119,
[207]
bu isə 120 -149 aralığıdır.
[210]
Odur ki, buradakı 8 albalını, üzr istəyirəm,
[212]
bu hissədəki 8 piroqu,
[216]
buradakı 4 piroqu və buradakı 3 piroqu toplamalıyıq.
[221]
Yəni, bu hissədən başqa, qalan hamısını toplayırıq.
[225]
Bu 5 piroqdan başqa, üzərində 60 və ya daha çox
[227]
albalı olan piroqları sayırıq.
[229]
Bu, 20-dən 5 vahid az deməkdir.
[231]
Gəlin baxaq. 8 + 4 = 12, üstəgəl 3 = 15.
[234]
Bu, 20-dən 5 vahid azdır.
[236]
Histoqramdan istifadə edərək,
[238]
bir sıra suallara cavab verə bilərik. Məsələn:
[239]
Üzərində 60 - 89 albalı olan piroqların sayı üzərində 120 -149 albalı olan
[244]
piroq sayından nə qədər çoxdur?
[246]
Üzərində 60 - 89 albalı olan 8 ədəd,
[249]
120 - 149 albalı olan 3 ədəd piroq var.
[252]
60 - 89 qrupunda olan piroqların sayı
[256]
120 - 149 qrupunda olanlardan 5 vahid çoxdur.
[260]
Belə bir çox suala cavab verə bilərik.
[262]
Ümid edirəm, bu videoda histoqramların
[264]
necə şərh edildiyini anladınız.