Worked example: Determining solute concentration by acid–base titration | Khan Academy - YouTube

Channel: unknown

[1]
Başqa bir titrləmə problemini edək
[3]
və hədəfimiz yenidən
[4]
turşu məhlulunun qatılığını tapmaqdır.
[8]
Belə ki, bizdə 20.0 millilitr HCL var və bu dəfə
[13]
natrium hidroksiddən istifadə etmək əvəzinə
[15]
barium hidroksid istifadə edəcik və
[20]
0.0154 mol/l qatılıqlı barium hidroksid məhlulunun 27.4 millilitri
[25]
mövcud olan turşunu tamamilə neytrallaşdırır.
[29]
Yaxşı, gəlin bildiklərimizlə başlayaq.
[32]
Barium hidroksidin qatılığını bilirik.
[34]
Bu 0.0154 molyardır
[38]
və həmçinin bilirik ki, molyarlıq
[40]
hər litrdəki molların sayına bərabərdir.
[43]
Deməli, X mol bölünsün litr
[49]
0.0154-ə bərabərdir.
[51]
27.4 millilitr 0.0274 litrdir, düzdür?
[57]
Yəni, bu, 0.0274 litrdir.
[61]
X üçün həll edirik və əlbəttə X burada
[65]
barium hidroksidin mol sayını bildirir.
[68]
Kalkulyatordan istifadə edərək bunu həll edək.
[72]
0.0154- ü 0.0274 -ə vururuq və
[76]
bu bizə 4.22 vurulsun on üstü
[81]
mənfi dörd verir, düzdür?
[86]
Yəni, barium hidroksidin
[88]
mol sayı 0.000422-ə
[95]
bərabərdir.
[99]
Növbəti olaraq neytrallaşma reaksiyasını yazaq.
[104]
Barium hidroksid HCl ilə reaksiya girir.
[109]
Barium hidroksid üstə gəl HCl, yəni
[114]
H müsbət və OH mənfi ionları bizə məhsul olaraq H2O verir.
[119]
Sonra digər məhsulumuz, barium iki müsbətdir, düzdür?
[122]
Belə ki, Ba 2 müsbət və Cl mənfi 1-miz var,
[130]
onların üstündən xətt çəkə bilərsiniz.
[132]
Yəni BaCl2, düzdür?
[134]
BaCl2, barium xlorid də bizim digər məhsulumuzdur.
[138]
Burada tənliyimizi balanslaşdırmağa ehtiyac var.
[144]
Gəlin xlorlara baxaraq başlayaq.
[148]
Buradan solda, bizim bir xlorumuz var.
[151]
Sağda isə ikisi var.
[153]
Buna görə də, bura 2 qoymaq lazımdır,
[155]
və indi hər iki tərəfdə də 2 xlor var.
[158]
Sonra hidrogenlərə baxaq.
[160]
Belə ki, sol tərəfdə bizim iki hidrogenimiz var,
[162]
və sonra burada da ikisi var.
[164]
Beləliklə, solda dörd hidrogenimiz var.
[166]
Sağda, yalnız iki hidrogenimiz var.
[169]
Buna görə də, əmsalı 2-yə vurmalıyıq ki,
[172]
bizə sağda dörd hidrogen versin.
[174]
Yəni indi dörd hidrogenimiz var, balanslaşdırıldı, düzdür?
[178]
Digərləri də balanslaşdırılmalıdır.
[180]
Barium hidroksidin HCl-a olan mol nisbətinə baxaq.
[185]
Burada 1 var.
[187]
Belə ki, hər bir mol barium hidroksid
[190]
üçün bizdə iki mol HCl var.
[194]
Beləliklə, artıq titrləmə üçün neçə mol barium hidroksid
[197]
istifadə etdiyimizi hesabladıq, doğrudur?
[199]
Bu 0.000422-dir.
[202]
Buna görə də, HCl bundan iki dəfə çoxdur.
[206]
Bu rəqəmi 2-ə vururuq və
[208]
neçə mol HCl -umuzun olduğunu tapırıq.
[211]
Və ya nisbət qura bilərsiniz.
[214]
Biz əgər natrium hidroksidin HCl-a
[217]
nisbətindən danışırıqsa,
[221]
mol nisbətimiz birin ikiyədir.
[224]
Barium hidroksid mollarımızın sayı,
[226]
burada fərqli rəngdən istifadə edək.
[228]
Budur burada, yəni 0.000422 mol barium hidroksid.
[235]
Bizim məqsədimiz neçə mol HCl mövcud olduğunu tapmaqdır.
[240]
Aydındır ki, yanlız 0.000422-ni ikiyə vurmağa ehtiyac var.
[246]
Beləliklə, X 0.000844-ə
[247]
bərabərdir, düzdür?
[253]
Bu ekvivalentlik nöqtələrimizdə
[258]
neçə mol HCl-un olduğudur.
[260]
Nəhayət, sadəcə olaraq turşu məhlulumuzun
[263]
qatılığını hesablamalıyıq, elədir?
[266]
Gəlin nə ilə başladığımızı görə bilmək üçün buraya geri qayıdaq.
[269]
Düzdür, biz 20 millilitr HCl ilə başladıq.
[273]
20 millilitri litrlə yazsaq,
[275]
bu, 0.0200 litr olardı.
[280]
İndi bizdə mol da var, düzdür?
[282]
Mollarımız və litrlərimiz də var.
[285]
Beləliklə qatılığı hesablaya bilərik.
[287]
Belə ki, orijinal məhlulumuzdakı
[290]
HCl-un qatılığı
[292]
0.000844 moldur.
[298]
Yaxşı, bunu litrə bölək.
[300]
0.0200 litr idi, düzdür?
[304]
20 millilitr 0,0200 litrə bərabərdir.
[309]
Burada hesablamamızı edə bilərik.
[311]
0.000844-ü
[317]
0,0200-ə bölürük
[321]
və cavabımızı burada
[323]
0.0422 mol/l alırıq.
[328]
Deməli, HCl-un qatılığı
[331]
0.0422 mol/l-ə bərabərdir
[335]
və nəhayət bitirdik, elədir?
[338]
Bizim turşu məhlulumuzun qatılığı budur .
[341]
Gəlin görək keçən videoda öyrəndiyimiz
[343]
MV bərabərdir MV-ni
[346]
istifadə etsək, nə baş verər.
[348]
MV bərabər MV və
[354]
əsasın molyarlığı vurulsun əsasın həcmi
[357]
bərabərdir turşunun molyarlığı
[358]
vurulsun turşunun həcmi.
[360]
Əsasımız üçün qatılıq 0,0154 mol/l-dir.
[367]
və titrləmədə istifadə etdiyimiz
[369]
əsasın həcmi 27.4 millilitrdir.
[373]
Turşu üçün isə molyarlığın nə qədər olduğunu bilmirik.
[376]
Bu məsələdə tapmağa çalışdığımız budur
[378]
və həcmi 20.0 millilitr idi, düzdür?
[384]
Gəlin bu hesablamanı edək.
[386]
Qısa yoldan istifadə etməyə çalışırıq,
[388]
0,0154 vurulsun 27,4
[394]
bizə bu rəqəmi verir,
[397]
20-yə bölüm, hə?
[400]
Beləliklə, 0.0211 alırıq, elə deyil mi?
[405]
Deməli, X üçün cavabı
[407]
0.0211 mol/l alırıq.
[413]
Bunun düzgün cavab olmadığını görə bilərsiniz düzdür?
[416]
Uzun yol ilə etdikdə isə qatılığı
[419]
əldə etdiyimiz qatılığın yarısı kimi tapırıq.
[423]
Əgər bu məsələni qısa yolla həll etmək istəyirsinizsə,
[427]
ikiyə vurmaq lazım idi, düzdür?
[430]
Deməli, cavabı iki dəfə artırsanız,
[432]
doğru cavabı alarsınız,
[434]
0.0422 mol/l.
[437]
Və çox vaxt tələbələr nə etdiyinizi anlamaqda
[440]
çətin anlar yaşayır, elədir?
[442]
İkini hara vurursunuz ?
[444]
Bunu necə edirsiniz?
[445]
Əlbəttə, balanslaşdırılmış tənliyə baxaraq
[447]
bunu başa düşə bilərsiniz.
[449]
Lakin bu, bir çox tələbə üçün çətindir.
[451]
Buna görə də, qısa yol
[453]
həmişə ən yaxşı yol deyil.
[455]
Necə istifadə edəcəyinizi başa düşdünüzsə təbii ki, istifadə edə bilərsiniz.
[458]
Ancaq belə məsələlər üçün daha yaxşısı
[461]
mol nisbətiniz birə bir olmadıqda
[463]
əgər düz cavab aldığınızdan
[465]
tamamilə əmin olmaq istəyirsinizsə,
[466]
uzun yol ilə gedib həll etməyinizdir.