Tax multiplier, MPC, and MPS | AP Macroeconomics | Khan Academy - YouTube

Channel: Khan Academy

[0]
Bu videoda biz bir fermer və
[2]
bir bənna olan sadə
[4]
bir iqtidasiyyatı nəzərdən keçirəcəyik.
[6]
Və biz multiplikator və istehlaka
[8]
marjinal meyl barədə öyrəndiklərimizə nəzər salacağıq,
[11]
lakin biz bunu bir az mücərrəd şəkildə edəcəyik.
[13]
Sadəcə kiçik bir xülasə keçək, istehlaka marjinal meyl
[16]
0 ilə 1 arasında olan rəqəmdir, əgər siz əlavə
[20]
1 dollar əldə etsəniz, bunun nə qədər hissəsini
[23]
xərcləyərsiniz?
[25]
Yəni, istehlaka marjinal meyl
[27]
0.25 olarsa, bu o deməkdir ki, siz 1 dollar əldə etsəniz
[31]
bunun 25 sentini xərcləyərsiniz.
[32]
Əgər sizin istehlaka marjinal meyliniz 0.6 olarsa,
[35]
bu o deməkdir ki, siz 1000 dollar əldə etdikdə
[38]
onun onda altısını, yəni
[39]
600 dollarını xərcləyərdiniz.
[42]
Bu fikirdən istifadə edərək, mən bunu abstrakt tutacağam,
[45]
deyək ki, fermerdən başlayaq,
[48]
o, bənnadan X dollara bir məhsul və ya
[52]
bir xidmət alıb.
[55]
Beləliklə, X dollar bənnaya gedir,
[58]
indi bənna nə edəcək?
[60]
Biz bu barədə əvvəlki videoda danışmışdıq.
[63]
O deyəcək ki, mənim X dollarım var, fərz
[64]
edək ki, bu adada hamının
[65]
istehlaka marjinal meyli eyni səviyyədədir,
[68]
indi o, pulun bir hissəsini xərcləyəcək.
[70]
Pulu xərcləməyə tək bir yer var,
[71]
bu çox sadə bir iqtisadiyyatdır, bəs o nə qədər xərcləyəcək?
[74]
Onun xərcləyəcəyi pul X vurulsun istehlaka
[78]
marjinal meylə bərabərdir.
[80]
Əgər bu mücərrəd görünürsə, bir az düşünün.
[82]
Əgər X 1000 dollardırsa və istehlaka marjinal meyl deyək ki,
[85]
100-də 25, və ya 0.25-dirsə,
[87]
o, 1000 dollar vurulsun 0.25 qədər,
[91]
yəni 250 dollar xərcləyəcək.
[95]
Lakin indi, qəfildən fermerin bu qədər pulu olur,
[97]
bəs o indi nə edəcək?
[99]
İndi o X vurulsun
[102]
istehlaka marjinal meyl
[105]
qədər xərcləyəcək,
[110]
yəni bənnadan nə qədər pul
[111]
qazanmışdı, və o indi bundan nə qədər
[113]
xərcləyəcək?
[114]
Yenidən bu vurulsun istehlaka
[116]
marjinal meyl.
[117]
Bu istehlaka marjinal meylin kvadratı olacaq.
[119]
Və bu proses təkrarlanaraq davam edir.
[123]
O, bu məbləği qazanacaq, bəs sonra
[125]
nəyə xərcləyəcək?
[126]
O, yenidən bu vurulsun istehlak marjinal meyl
[129]
qədər xərcləyəcək və belə davam edəcək,
[132]
və biz sadəcə belə davam edəcəyik,
[134]
lakin biz bu iqtisadiyyatda X dollar
[137]
xərcləyərək məhsuldarlığın nə qədər artdığını
[139]
müəyyənləşdirmək istəyiriksə, onda
[142]
hər şeyi toplamalıyıq.
[143]
Bu X üstəgəl X vurulsun istehlaka marjinal meyl,
[148]
üstəgəl istehlaka marjinal meylin kvadratı,
[151]
və s, və s.
[155]
Əgər istəsək, X faktorunu mötərizə xaricinə
[157]
çıxara bilərik, onda X vurulsun 1 üstəgəl istehlaka marjinal meyl
[161]
üstəgəl istehlaka marjinal meylin kvadratı və s, və s.
[163]
bunu riyaziyyat və ya riyaziyyata giriş
[166]
fənlərindən də xatırlaya bilərsiniz ki,
[169]
bu videolarda danışdığımız sonsuz həndəsi silsilədir,
[171]
və bunu sadəcə toplaya bilərsiniz, bu riyaziyyatdakı
[174]
ən sadə şeylərdən
[176]
biridir.
[177]
Bu, bir bölünsün bir çıx istehlaka marjinal meyl
[180]
kimi ümumiləşdirilə bilər.
[185]
Bu X-in ilkin məbləğidir,
[187]
amma ümumi məhsuldarlıq X vurulsun bu ifadədir,
[191]
ona görə də buradakı ifadə
[194]
multiplikator adlanır.
[196]
Əgər ən birinci dəfə fermer bənnaya işə görə 1 dollar versəydi,
[199]
sadələşdirilmiş iqtisadiyyatda məhsuldarlığın
[203]
nə qədər artdığını görmək üçün 1 dolları
[205]
bu ifadəyə vuracaqdıq.
[206]
Beləliklə bu multiplikatordur.
[211]
Gəlin indi nə isə bir maraqlı
[213]
və əvvəl edilməmiş bir şey edək.
[215]
Təsəvvür edək ki, bu adada hardansa sehirli bir hökumət
[218]
peyda olur və qərar verir ki, fermer vergi ödəsin.
[222]
O deyir ki, biz fermerdən müəyyən
[223]
məbləğ pul alacağıq,
[226]
və bu sehirli hökumətin götürdüyü
[229]
məbləğə delta T deyəcəyik,
[232]
bəzən vergilərdə dəyişiklik olanda bu cür yaza bilərsiniz.
[234]
Bu müsbətdir, o deməkdir ki, dövlət pulu alır,
[237]
pul fermerdən
[239]
götürülür.
[240]
İndi nə olacaq? Fermer nə edəcək?
[244]
Fermer nöqteyi nəzərdən,
[246]
o bilir ki, onda delta T qədər az pul var,
[251]
və bu onun alıcılıq qabiliyyətinə təsir edəcək.
[253]
Bu alıcılıq qabiliyyətini aşağı salır.
[255]
Bəs nə qədər aşağı salır?
[258]
Bu məbləğ onun dövlətə verdiyi pul ilə
[260]
istehlaka marjinal meylin hasilinə
[262]
bərabərdir.
[264]
Vurulsun istehlaka marjinal meyl.
[266]
Bu nə üçün belədir?
[267]
Fermerə 1 dollar verdiyim halda,
[270]
istehlaka marjinal meyl 0.5 olarsa,
[272]
və mən ona 1 dollar versəm, o, bu məbləğin 50 sentini xərcləyəcək.
[278]
Ondan 1 dollar götürsəydim,
[280]
50 sent az xərcləyəcəkdi.
[282]
Götürdüyüm məbləğ vurulsun
[285]
istehlaka marjinal meyl.
[287]
Əgər bu fermerə olan təsiridirsə,
[290]
bəs ümumi məhsuldarlığa təsiri necə olacaq?
[293]
Bu X-in buna
[296]
bərabər olduğu haldır.
[298]
Əgər mən fermerdən delta T alsam,
[300]
bu onu göstərir ki, X burada dayanan
[302]
ifadəyə bərabərdir.
[303]
X buradakı ifadəyə bərabərdir,
[306]
bəs təsiri necədir?
[308]
Ümumi məhsuldarlıq X, bərabərdir
[310]
mənfi delta T vurulsun
[317]
istehlaka marjinal meyl,
[319]
buradakı hissə
[321]
buna bərabərdir,
[325]
onu da multiplikatora vururuq.
[328]
Vurulsun bir, böl bir çıx istehlaka
[332]
marjinal meyl.
[333]
Ya da bu bərabərliyi artan vergi
[335]
və multiplikator hasili kimi ifadə etmək istəyə bilərsiniz,
[338]
onda bu delta T vurulsun mənfi
[344]
istehlaka marjinal meyl bölünsün bir çıxılsın
[349]
istehlaka marjinal meyl.
[354]
Bu ifadə xəyali və texniki görünür,
[357]
amma demək istənən odur ki,
[359]
əgər siz fermerdən pul götürsəniz,
[363]
bu onun ilkin xərclərinə təsir edəcək,
[366]
sonra siz vergiyə multiplikator əlavə edirsiniz,
[369]
və ona görə bu mənfidir ki, müsbət vergi olarsa,
[372]
multiplikatora görə məhsuldarlıq
[374]
aşağı düşəcək.
[378]
Bəziləriniz məxrəcdə fərqli
[381]
bir şey də görə bilərsiniz,
[382]
MPS adlanan bir şey də görə bilərsiniz,
[384]
bu sözün açılışı qənaətə marjinal meyldir.
[386]
Bu sadə bir ideyadan ortaya çıxır,
[388]
Deyək ki, məndə istehlaka marjinal meyl
[391]
0.3-dür, bu o deməkdir ki,
[396]
əldə etdiyim hər bir dolların
[398]
30 sentini xərcləyəcəyəm.
[400]
Bəs nə qədərinə qənaət edəcəyəm?
[402]
Əgər 30 sent xərcləsəm, qalanını saxlayacağam,
[405]
bu situasiyada qənaətə marjinal meyl
[407]
70 sent olacaq.
[409]
Ya da başqa cür fikirləşək,
[411]
istehlaka marjinal meyl üstəgəl
[413]
qənaətə marjinal meyl, birə
[415]
bərabərdir, ya da başqa bir yol,
[418]
istehlaka marjinal meyli bərabərliyin hər
[420]
iki tərəfindən çıxaq, qənaətə marjinal meyl
[423]
bir çıxılsın istehlaka marjinal meylə bərabər olacaq.
[426]
Ona görə də bu ifadə aşağıdakı ifadə ilə eynidir,
[430]
bəzən vergi multiplikatoru
[432]
üçün bu düsturu görə bilərsiniz,
[435]
gəlin bunu yazım.
[436]
Vergi multiplikatoru, belə ifadə olunur,
[443]
mənfi istehlaka marjinal meyl
[445]
bölünsün, bir çıxılsın istehlaka marjinal
[448]
meyl əvəzinə, onlar qənaətə
[450]
marjinal meyl yazırlar.
[453]
Bunu iqtisadiyyat dərsində keçəndə
[455]
hər şey çox möcüzəvi görünür, bütün bu MPS,
[457]
MPC haradan gəlir, insanlar bunu əzbərləməyə çalışır,
[459]
amma gördüyünüz kimi riyaziyyatın köməyi ilə
[462]
hər şey sadələşir.
[463]
İqtisadçılar bəzən sadə
[465]
riyazi hesablamaları mürəkkəbləşdirməyi
[467]
yaxşı bacarırlar.
[470]
Növbəti videoda, mən bir neçə nümunə
[472]
göstərəcəyəm, bununla da biz düsturları tətbiq edə və
[474]
məntiqini görə biləcəyik.