Annual Percentage Rate (APR) and effective APR | Finance & Capital Markets | Khan Academy - YouTube

Channel: Khan Academy

[0]
İnsanlar kart bilgiləri haqqında informasiya verərkən
[2]
haqqında sitat gətirdikləri
[4]
ilk şeylərdən biri İFD-dir.
[7]
Təxmin etdiyiniz kimi və ya artıq bilirsiniz ki,
[9]
bunun açılışı illik faiz dərəcəsidir.
[17]
Bu videoda başa salmaq istədiyim
[19]
onların illik faiz dərəcəsi deyərkən nə nəzərdə tutduqları
[22]
və eyni zamanda kiçik hesablamalarla
[24]
real, riyazi və ya effektiv
[28]
illik faiz dərəcəsini almaqdır.
[29]
Mən internetdə axtarış edərkən gördüm ki,
[31]
bəzi kredit kartlarının (hansıların ki illik faiz dərəcəsi var)
[34]
bir yandan illik faiz dərəcəsi 22.9% olsa da,
[39]
digər tərəfdən onlar deyir ki,
[41]
bizim gündəlik periodik dərəcəmiz 0.06274%-dir,
[54]
hansı ki, məncə, elə buradan görünür ki, onlar gündəlik olaraq
[60]
kredit kart balansınızdaki faizi mürəkkəb faiz artımı ilə hesablayırlar
[63]
və bu da onların mürəkkəbləşdirdiyi miqdardır.
[66]
Onlar bu rəqəmləri hardan alır?
[68]
Əgər siz sadəcə 0.06274-ü götürüb 365 ilə hasilini tapsanız,
[77]
1 il ərzində siz 22.9-u almalısınız.
[81]
Görək, bu rəqəmi alırıq mı.
[82]
Təbii ki, bu faizdir,
[83]
odur ki, hər ikisi faizlə ifadə olunub.
[87]
İcazə verin, mən kalkulyatorumu götürüb hesablayım və görək
[90]
bu rəqəm onların aldığı ilə eynidir mi.
[91]
Əgər biz 0.06274-ü götürsək-
[97]
Yadda saxlayın ki, bu faizdir, indi isə mən görməzdən gələcəm
[99]
faizi onluğa çevirmək üçün, mən
[101]
iki 0 əlavə edərdim, ancaq 0.06274 x 365 özü
[109]
elə 22.9%-ə bərabərdir.
[113]
Deyə bilərsiniz ki, "Hey, Sal burada nə səhvdir ki?
[114]
"Onlar hər gün 0.06274% məndən tuturlar,
[118]
onlar bunu ildə 365 gün etməyə davam edəcəklər,
[121]
bu mənə elə 22.9%-i verir".
[126]
Mənim sizə cavabım, onlar sizə gündəlik
[128]
mürəkkəb faiz artımı edirlər.
[130]
Onlar bunu gündəlik olaraq mürəkkəbləşdirir,
[133]
əgər siz onlara 100$ versəniz, və sizin ödəməyə
[136]
bir növ minimum balansınız olmasa və nəticədə
[138]
siz 100$-ın il ərzində dövriyyəsinə icazə versəniz,
[142]
siz onlara təkcə 122.9$ borclu olmazdınız.
[144]
Onlar hər gün bu miqdarda mürəkkəbləşdirir,
[146]
ona görə də mən bunu onluq kimi yazsaydım...
[149]
Gəlin elə onluq kimi yazaq.
[151]
0.06274%
[156]
Onluq kəsr kimi bu 0.0006274-ə bərabərdir.
[164]
Bunlar eyni şeydir,elə deyil mi?
[165]
1% 0.01-dir, 0.06% də onluq kimi 0.0006- dır
[174]
Bu onların hər gün faizdən tutduğu məbləğdir.
[176]
Əgər siz mürəkkəb faiz videosuna baxsanız,
[180]
əgər siz müəyyən etmək istəsəniz ki, total il ərzində
[182]
nə qədər total faiz ödəməlisiniz,
[186]
siz bu rəqəmi götürüb, üzərinə 1 gəlsəniz,
[189]
onda bizim 1.0006274-ümüz olar, burada bu 0.0006274-dür.
[199]
Sadəcə bu rəqəmi götürüb 365-ə vurmaq əvəzinə
[203]
bu rəqəmi götürüb,365-ci dərəcədən qüvvətini tapırsan.
[210]
Sən onu 365 dəfə özünə vurursan.
[213]
Bu ona görədir ki, əgər mənim balansımda 1$ varsa,
[216]
2-ci gün, mən bu rəqəm x $1 ödəməliyəm.
[219]
1.0006274 x $1.
[223]
2-ci gün, mən
[224]
bu qədər x bu rəqəm yenidən x $1 ödəməliyəm
[228]
Gəlin bunu yazım.
[229]
İlk gün, ola bilər ki , mənim onlara borcum $1 -dır.
[238]
2-ci gün, bu $1 x bu göstərdiyim, 1.0006274.
[246]
3-cü gün, mən 1.00 ödəməliyəm-
[254]
Əslində mən 0 -ı unutdum.
[256]
0.06274 x bunun hamısı.
[258]
3-cü gün, bu 1$ olacaq, bu ilkin miqdardır
[261]
mən x 1.0006274 borc götürdüm
[267]
bu elə buradadır və mən hamısının üzərində
[269]
bu qədər faiz ödəməliyəm.
[270]
1.0006274-ü mürəkkəb faiz edirəm.
[275]
Gördüyünüz kimi, biz 2 gün üçün balansı saxladıq.
[278]
Mən bunu ikinci dərəcədən qüvvətə yüksəldirəm,
[282]
bu da rəqəmi özünə vurmaqdır.
[282]
Kvadrata yüksəldirəm.
[284]
Əgər bu balansı 365 gün saxlasam, onda mən
[287]
365-ci dərəcəyə yüksəltməliyəm və bu hər növ
[290]
cərimə və xərcləri də hesaba daxil edir.
[293]
Gəlin baxaq, buradaki, bu rəqəm, bu hər nədirsə, bu-
[296]
Mən bunu aldıqdan sonra, 1 çıxıram,
[298]
bu riyazi olaraq doğrudur, bu
[301]
effektiv illik faiz dərəcəsidir.
[302]
Gəlin, müəyyənləşdirək bu nədir.
[304]
Əgər mən 1.0006274-ü götürsəm və 365-ci dərəcəyə yüksəltsəm,
[322]
1.257 alıram.
[325]
Əgər mən bu faizi mürəkkəbləşdirsəydim, 0.06%
[330]
365 gün üçün, ilin axrında və ya 365 günün sonunda,
[335]
mən 1.257 x mənim original əsas məbləğim qədər borclu olardım.
[340]
Buradaki 1.257-ə bərabərdir.
[347]
Mən 1.257 x mənim original əsas məbləğim qədər borclu olardım,
[349]
və ya effektiv faiz dərəcəsi.
[353]
Bunu bənövşəyi ilə yazaq.
[355]
Effektiv İFD, illik faiz dərəcəsi,
[361]
və ya riyazi doğru olan illik faiz dərəcəsi
[364]
burada 25.7%.
[368]
Siz deyə bilərsiniz ki, "Hey,Sal, bu hələ də bilinən İFD-dən
[371]
o qədər uzaq deyil, hansı ki onlar rəqəmi 365-ci dərəcəyə
[374]
yüksəltmək əvəzinə
[378]
bu rəqəmi 365-ə vururlar".
[381]
Sizin dediyiniz, "Hey, bu təqribi 23% edir,
[383]
"bu təqribi 26% -dir, burada sadəcə 3% fərq var".
[387]
Əgər siz mürəkkəb faiz videosuna baxsanız,
[390]
hətta mənim bura qoyduğum ən asan versiyaya,
[392]
siz görərsiniz ki, hər bir faiz nöqtəsi, həqiqətən
[394]
çox çox vacibdir, xüsusilə də əgər siz bu
[396]
balansı uzun müddət daşıyacaqsınızsa.
[398]
Çox ehtiyatlı olun.
[399]
Ümumilikdə, siz hər hansı balansı kredit kartlarınızda
[401]
daşımamalısınız, çünki onlar çox yüksək faiz dərəcələridir
[403]
və siz axırda illər illər öncə aldığınız məhsulların
[405]
faizlərini ödəməli olacaqsınız
[407]
və siz uzun müddət əvvəl bu məhsulu alarkən aldığınız sevinci itirmiş olacaqsınız.
[411]
Mən sizi ümumiyyətlə balans saxlamamağa təşviq edirəm,
[413]
ancaq yenə də balans saxlasanız,
[414]
buna çox yaxından diqqət edin.
[416]
Bu 22.9% İFD böyük ehtimal hələ də
[420]
tam dolğun effektiv faiz dərəcəsi deyil, hansı ki bu
[422]
nümunədə 26%-ə daha yaxın ola bilər.
[425]
Bu hətta cərimələri hesablamamışdan əvvəldir
[427]
və onlar bunun üzərinə digər növ
[429]
xərclər də qoya bilərlər.