🔍
Balloon payment mortgage | Housing | Finance & Capital Markets | Khan Academy - YouTube
Channel: Khan Academy
[0]
Bizim artıq sabit faizli ipotekalar
haqqında məlumatımız var,
[4]
bir az fərqli versiyasından danışmazdan
əvvəl, onun haqqında xülasəyə baxacağıq,
[8]
bəlkə buna çox fərqli
də deyə bilərik,
[10]
"balon ödəməli ipoteka" deyə adlanır.
[12]
Burada təsvir etdiyim şey,
[14]
30 illik sabit ipoteka ilə
ediləcək fərqli ödənişlərdir.
[19]
Bu, 30 illik sabit ipotekadır,
[25]
aylıq ödəniş isə 1432 dollar,
[31]
kreditin məbləği isə 300000 dollardır.
[36]
İlk ödənişi etmədən əvvəl,
banka 300000 dollar borcunuz var
[44]
və ödəniş etməyə başlayırsınız.
[46]
Əvvəlki videolarda da gördük ki,
[50]
çəhrayı rəngdə göründüyü kimi ilk
ödənişiniz əsasən faizdir.
[53]
1432-nin 1000 dolları faizdir.
[57]
Növbəti ödənişdə əsas məbləği
biraz aşağı saldınız,
[61]
amma çox yox, hardasa 400 dollar.
[66]
2-ci ödəniş faizi 999 dollardır.
[69]
Növbəti ödənişdə faiz 997 dollardır.
[72]
Və siz bunu 360 dəfə edirsiniz.
[75]
30 il, hər ili 12 aya vuranda,
[77]
360 dəfə ödəniş edirsiniz,
[79]
30 ilin sonunda isə ödənişin çox hissəsi
[82]
əsas məbləğ olur.
[85]
Son 3 ayın ödənişində,
[88]
bu 358-ci ödəmədir,
faiz sadəcə 14 dollardır.
[91]
Növbəti ödənişdə 9 ya da 10
dollar faizdir.
[96]
Ondan sonra hardasa 5 dollar,
[98]
bununla da bütün borcu
tamamlayırsınız.
[101]
Beləliklə, sizin sabit ödənişiniz və
eyni zamanda sabit faiz dərəcəniz var.
[105]
Bu ipoteka üçün faiz dərəcəsinin
nə qədər olduğunu deməmişəm,
[109]
amma siz 30 il ödəniş edirsiniz və
burada 30 ilin amortizasiyası var.
[122]
Amortizasiya sözü səpələnmək
mənasına gəlir.
[126]
Belə olan halda siz ödənişləri
30 ilə
[129]
səpələyirsiniz.
[132]
Bunu balon ödəmə ipotekasında
önsöz kimi deməyimin
[139]
məqsədi nədir?
[142]
Balon ödəməsində,
[143]
bunu ilk öyrənəndə biraz
çaşmışdım,
[147]
amortizasiya fərqli mənaya gəlir.
[151]
Məsələn, sizin 10 illik balon ödəməniz
ola bilər, amma siz onu
[161]
30 il amortizasiya edə bilərsiniz.
[163]
Bununla nə demək istəyirəm?
[166]
Belə olan halda, ödənişiniz
təmamilə eyni ola bilər,
[171]
amma 10 ildən sonra, çünki
müddəti 10 ildir,
[173]
sizin 10 illik ipotekanız var idi,
10 ildən sonra onu tamamladınız.
[176]
10 il 120 ay edir,
[183]
10 ildən sonra amortizasiya edirsiniz.
[186]
Yadınızdadırsa, qurduğumuz bu
ödəniş cədvəli
[188]
30 il amortizasiya olunurdu,
[190]
Bu 30 illik sabit faizli ipotekaya
aid idi.
[194]
Amma balon ödəməsində
10 illik ipotekanız və
[196]
30 illik amortizasiyanız varsa,
ödəniş eyni olacaq,
[199]
amma 10 ilin sonunda
[203]
siz sadəcə 120 ayın ödənişini yox,
[205]
geridə qalan əsas məbləğ nədirsə
[208]
onu da ödəməlisiniz.
[210]
Görürük ki, 10 ildən sonra 236352
dollar borc qalıb.
[220]
Balon ödəmədə,
[224]
borcun müddəti 10 illikdir,
[227]
hətta amortizasiya, ödəniş etdiyiniz
faiz,
[230]
amortizasiya cədvəlindəki
30 illik amortizasiya ilə
[234]
eyni olsa belə.
[235]
Sual olunur;
Niyə belə bir şey mövcuddur?
[241]
Bu bir növ dəyişən faizli
[245]
ipotekalara da oxşayır.
[246]
Balon ödəmə, bank və borcalan arasında
faiz riskini zamana yayır.
[250]
30 illik sabit ipotekada bütün faiz riski
banka
[254]
aid olurdu,
[256]
dəyişən faizli ipotekada isə bütün
faiz riski borcalana
[259]
aid olurdu.
[262]
Burada isə bank ancaq 10 ilin faiz riskini
öz üzərinə götürür,
[266]
ondan sonra isə bütün məbləği alır.
[272]
Bəs borcalan nə edir, və ya
nə üçün borcalan belə bir şeyə razı olur?
[276]
Onlar bunu ona görə istəyə
[278]
bilərlər ki, onlar bu cür etməklə
eyni ödənişi edərək
[280]
30 illik ipotekadan daha aşağı
faizlə ipoteka götürə bilərlər.
[285]
Bank daha az risklə faiz
[286]
öhdəsinə götürdüyü üçün onlar da
aşağı faizlə kredit
[289]
götürür, 20 il ərzində faiz yuxarı qalxsa
belə onların riski azdır.
[294]
Çox insan deyə bilər ki,
[296]
Düşünmürəm ki, bu mülk 10 il mənim olsun,
[299]
ola bilsin ki,10 illik ödəmə müddətinin
[304]
9-cu ilində əmlakı satsam, sadəcə
kredit ödəyəcəyəm.
[309]
Başqa bir ehtimal ola bilər ki,
düşünürlər ki, çoxlu pulları olacaq,
[313]
ya haradansa miras qalacaq,
ya da çoxlu pul qazanacaqlar.
[316]
Başqa bir ehtimal isə,
bunlar baş verməsə,
[318]
deyək ki, 10 ildən sonra
[320]
dedilər ki, "Biz ödənişi
davam etdirmək istəyirik,
[322]
satmağı planlaşdırmırıq,
[324]
236000 dollar nağd ödəməyə imkanımız
yoxdur.
[329]
Belə olan halda, onlar başqa 236000
dollarlıq kredit götürə bilərlər.
[335]
Burada bəzi risklər var,
[337]
amma sizin yaxşı kredit tarixçəniz
[339]
var və gəlir səviyyəniz də
[341]
bu ipotekanı götürmək üçün
kifayət edir.
[347]
Ümidvaram ki, sizdə balon ödəmə
ipotekası haqqında fikir formalaşdı.
[350]
Bu 30 illik, 15 illik və ya 10 illik
[356]
sabit faizli ipoteka kimi ənənəvi
[359]
ya da dəyişən və ya hibrid faizli ipoteka
kimi ümumi deyil, amma mövcuddur
[363]
və onlar haqqında bilmək maraqlıdır.
Most Recent Videos:
You can go back to the homepage right here: Homepage





