How to use Microsoft Teams for Remote and Online learning - YouTube

Channel: Flipped Classroom Tutorials

[0]
Salam, mənim adım Sethi'dir. Yenidən kanalıma xoş gəlmişsiniz. Hansıki, biz bu kanalda təhsil texnologiyanı sizin üçün asanlaşdırırıq.
[5]
Və bugünki videoda
[6]
Microsoft Teams'ə baxacayıq və bu programı dərslərinizi onlayn idarə etmək üçün necə
[9]
istifadə edəcəyinizdən danışacağıq.
[11]
Indi isə gəlin "Flipped"in yeni bir öyrətici vəsaiti ilə bu barədə danışaq.
[14]
Microsoft Teams Office 365'in bir parçasıdır.
[18]
Amma sizin bunu istifadə etmək üçün Office 365 hesabına ehtiyacınız yoxdur.
[21]
Hal-hazırda mən Team'i öz kompüterimə yükləmişəm.
[23]
Və mən indi sizə istifade edə biləcəyiniz bəzi əsas xüsusiyyətləri nümayiş etdirəcəm.
[27]
İlk olaraq Microsoft Teams'i açırıq.
[31]
Hal-hazırda mən öz hesabımla daxil olmuş vəziyyətdəyəm,
[34]
amma siz bunu ilk dəfə açırsınızsa,
[36]
Microsoft vasitəsilə yeni bir hesab açın və bu proqrama daxil olun.
[41]
Hesab açmaq çox asandır, hətta hesab açmaq üçün Gmail hesabınızı istifadə edə bilərsiniz.
[45]
Burda görəcəyiniz ilk şey, qırağda bir sıra seçimlər var.
[49]
Ən üstdə fəaliyyətlər (activity) bölməsi var.
[51]
Və bu fəaliyyətlər bölməsi sizə qrupda baş verən hər şeyi göstərəcək.
[54]
Onun altında isə çat (chat) bölməsi var.
[56]
Bu isə bizə qrup üzvləri ilə birə-bir əlaqəyə keçmək imkanı verir.
[60]
Buna video konfranslar, və ya mətn söhbətləri də daxildir.
[64]
Onun aşağısındakı isə Teams di, hansıki vaxtınızın böyük bir hissəsini burda keçirəcəksiniz.
[69]
Burda qruplar, siniflər düzəldə bilərsiz
[71]
və hamı bir yerə gəlir, hər hansı bir fayllar paylaşırlar, ideaların paylaşırlar.
[75]
Həmçinin, virtual görüşlər keçirilə bilir.
[77]
Onun altında isə Calls (zənglər) və Files (fayllar) var.
[79]
Files çox faydalı ola bilir, məsələn başqa başqa qruplarda fayllar paylaşılıb
[84]
amma siz bu faylı hansı qrupda paylaşıldığın xatırlamırsız.
[86]
Files sizə fərqli qruplardan bütün göndərilmiş və qəbul edilmiş faylları sizə göstərəcək.
[91]
Mən hal-hazırda nümunə olaraq bir qrup düzəltmişəm.
[94]
İndi isə bunu sizə necə edəcəyinizi göstərəcəm.
[96]
İlk olaraq Teams düyməsinə basaq.
[98]
Indi Teams bölməsində sol tərəfdə fərqli qruplar görürsünüz.
[103]
Mənim əsas qrupum EduFlip qrupudur.
[106]
İndi mən sizə necə öz qrupunuzu necə quracağınızı göstərəcəm.
[109]
Edəcəyiniz şey sadəcə sol paneli aşağı sürüşdürüb "Join or Create Teams"i seçirsiz.
[115]
Burda siz öz qrupunuzu qura bilərsiz.
[116]
Siz mövcud bir Office 365 qrupu bura əlavə edə bilə və ya
[120]
sıfırdan yeni bir qrup qura bilərsiniz. Hansıki biz indi edəcəyik.
[123]
Yeni bir qrup düzəldək...mən burda Private'i seçəcəm.
[126]
İndi isə qrupa ad verək. Mən buna "Demo 2" adınız verəcəm. Create'ə basaq.
[129]
Mənim qrupum hal-hazirda qurulur.
[132]
Aydındırki qrup, iştirakçı və ya üzv olmadan olmur.
[137]
Ona görə, sonrakı addım öz şagirdlərinizi və ya iştirakçılarınızı bu qrupa dəvət etməkdir.
[140]
Burda siz onların email adreslərini və ya adlarını bura yazmaqla onları əlavə edə bilərsiz.
[146]
İndi mən isə öz nümunə hesabımı dəvət edəcəm.
[150]
Və "Add" düyməsini basıb onu qrupa əlavə edirik.
[153]
Bunu etdikdən sonra onun nə olacağını seçirik. Qrup sahibi və ya sadəcə üzvü.
[157]
Mən üzv kimi saxlayacam və "Close" düyməsinə basacam.
[160]
Gördüyünüz kimi mənim ikinci qrupum bura əlavə olundu.
[162]
Burda mənim "EduFlip" və "Demo 2" adlı qrupum var.
[164]
Qruplar fərqli-fərqli "Channel"lar saxlaya bilirlər.
[168]
"Channel"lar fənnlər ola bilər.
[170]
Məsələn sizin bir "Orta Məktəb" adlı qrupunuz var və sizin Channel'larınız
[173]
İngilis dili dərsi ola bilər, Riyaziyyat ola bilər, İnformatika ola bilər.
[178]
Channel (Kanal) əlavə etmək üçün qrupun "General" bölməsinə daxil olmalısız.
[182]
İlk öncə General'a girək.
[184]
Sonra isə "Create more channels" a girək və yeni bir kanal düzəldək.
[187]
Bu Riyaziyyat olsun.
[190]
Biz həmdə gizlilik parametrlərini dəyişə bilərik.
[192]
Amma mən buna toxunmayacam.
[194]
Və gördüyünüz kimi qrupun altına əlavə bir kanal gəldi.
[197]
Bu kanallar daxilində söhbət edə bilərsiz, fayllar paylaşa və ya video görüşmələr edə bilərsiniz.
[204]
Nümayiş reala yaxın olsun deyə mən Flipped qrupu düzəltmişəm.
[209]
Mən indi o kanalı açacam.
[211]
Burda "Demo Video Channel" kanalında mən kanalda nə olub-bitdiyini görə bilirəm.
[217]
Mən bura bir neçə nümunələr qoymuşam.
[220]
Burda paylaşılmış mətnlər, və fayllar var. İndi mən sizə bunu göstərəcəm.
[225]
Aşağıda gördüyünüz kimi yeni bir söhbət başlada bilərsiz.
[228]
Yazmağa başlaya bilərsiz.
[230]
Məsələn yaza bilərsiniz ki, "Hamıya Salam" və bunu bu kanala göndərə bilərsiniz.
[234]
İndi isə bu qrupdakı hamı nə yazdığımızı görə bilir.
[237]
Alternativ olaraq burdakı düyməyə bassanız
[240]
mətn üçün daha çox format seçimləri ilə qarşılaşacaqsız.
[244]
Yuxarıda gördüyünüz kimi mən mətni biraz dəyişdirmişəm. (Format əlavə etmişəm)
[247]
Bu mesajınızı biraz daha fərqləndirməyə imkan verir və ya
[252]
sadəcə mesajınıza biraz personallıq qatır.
[255]
İşinizi bitirdikdən sonra göndərə bilərsiniz.
[258]
Mən bunu siləcəm çünki, mən bu mesajı göndərməli deyiləm.
[261]
Burdakı digər seçim isə qoşma əlavə etməkdir.
[264]
Bu bizə fayl paylaşmağa imkan verir.
[267]
Dediyim kimi bu Office 365 ilə bağlantılıdı amma bunu işlətməsəniz belə siz
[271]
rahatlıqla öz kompüterinizdəki faylı paylaşa bilərsiz.
[274]
Buna basırıq və göndərmək istədiyimiz faylı seçirik.
[277]
Faylımızı seçdik və paylaşdıq. İndi bu fayl kanaldakı hamı ilə paylaşıldı.
[283]
Əgər mən indi paylaşılan bütün faylları birdən görmək istəyirəmsə,
[286]
yuxarıda "Files" bölməsinə daxil oluram və bütün faylları görürəm.
[292]
Siz burda faylların nə vaxt dəyişdirildiyin və kim tərəfindın dəyişdirildiyin görə bilərsiz.
[295]
Bundan əlavə şagirdlərin sevimli emojilərin və ya GIF'lərini görə bilərsiz.
[301]
Amma mən istəyirəmki sonrakı addıma, hansıki video görüşlərdi.
[305]
Deyək ki, siz dərslərinizi online aparırsınız və siniflə video görüş keçirmək istəyirsiniz.
[310]
Siz bir düyməyə basmaqla video görüşə başlaya bilərsiz.
[314]
Gəlin indi görək bu necə olur.
[317]
Elə ki mən bu düyməyə basdım, mənim videom önizləmədə açılır.
[322]
Yenidən, bu vebkamera,
[324]
və bu kamera görünüşüdür.
[326]
Vebkamera sadəcə mənim üçün açıqdır.
[328]
Çünki, biz video söhbətimizə hələ başlamamışıq.
[331]
İlk olaraq mən bu görüşə başlıq əlavə etməliyəm.
[333]
Mən buna "Demo Meeting" deyəcəm.
[337]
Elə ki mən "Meet Now" düyməsinə bassam,
[340]
qrupun bütün üzvləri dəvət oluna bilər və onların hamısı bu görüşə qoşula bilər.
[344]
Bunun bir nümayiş olduğundan və mən bunu mümkün qədər real eləmək istədiyimdən,
[348]
mən özümü yəni mobil telefonumu dəvət edəcəm.
[353]
Beləliklə, siz bunun fərqli iştirakçılarda necə olduğun
[357]
və bunun Android telefonda necə olduğun görəcəksiniz.
[361]
Gəlin indi görüşü başladaq.
[363]
Mən öz kameramı açıq qoyacam və "Meet now" düyməsinə basacam.
[366]
Gördüyünüz kimi mən hal-hazırda görüşdəyəm...
[368]
...amma hələlik heç kimi dəvət etməmişəm. Çünki bilmək istəyirəmki hərşey işləyir.
[371]
İlk olaraq mən kameramın açıq olub olmadığın yoxlayacam və ya kameramı söndürəcəm.
[377]
Həmçinin mən mikrofonumun söndürə və ya yandıra bilərəm.
[380]
Özümü səssizə ala bilərəm.
[381]
Mən özümü səssizdə saxlayacam, çünki, telefonumu dəvət etdiyim zaman öz səsimi geri eşitmək istəmirəm.
[386]
Həmçinin mən ekranımı paylaşa bilərəm, hansıki bir azdan sizə göstərəcəm.
[389]
Amma mən indi sizin diqqətinizi Microsoft Teams'in xüsusi bir xüsusiyyətinə çəkmək istəyirəm,
[394]
hansıki mən çox faydalı görürəm.
[396]
Siz bu üç nöqtəyə basanda arxa tərəfi bulanığlaşdıra bilirsiniz.
[400]
Burda, siz "Blur my background"-a basdığınız zaman avtomatik olaraq...
[403]
...arxa fonunuzu bulanığlaşdırır.
[405]
Əgər siz məşğul bir mühitdəsinizsə,
[408]
məsələn kafedəsiz və şagirdlərinizlə görüş eləmək istəyirsiz.
[411]
O zaman arxa plan böyük bir diqqət dağınığlığı olacaq.
[414]
Beləki bu arxanı bulanığlaşdırır və siz rahatlıqla görüşünüzü davam etdirirsiz.
[418]
Mən arxa fonu açacam və sizə burda edə biləcəyiniz başqa fəaliyyətləri göstərəcəm.
[424]
Siz burda tam ekran moduna keçə bilərsiz və ya görüş qeydlərinizi aça bilərsiz.
[428]
Görüş qeydləri çox faydalıdır.
[430]
Sizin görüşünüz olanda hansıki, informasiya mübadiləsi gedir...
[432]
...qeydlər etmək çox vacibdir, hansı ki, sonradan öz şagirdlərinizlə paylaşa biləcəksiz.
[436]
Bu sizə bu qeydləri saxlayıb sonra isə bunları bir fayl kimi şagirdlərə göndərməyə imkan verir.
[441]
Bunlardan əlavə, bizim burda cihaz parametrlərimiz var.
[445]
Bunu demək istəyirəmki, siz kimisə dəvət etməmişdən əvvəl parametrlərinizi...
[449]
...ikinci dəfə yoxlayın, çünki bəzən kamera ilə və ya mikrofonla əlaqəli problemlər olur.
[454]
Bu görüşdən əvvəl hər şeyi düzəltməyin ən yaxşı yoldur.
[457]
Əgər hərşeydən məmnunsunuzsa bunu bağlayıb...
[461]
...participants (iştirakçılar) bölməsinə girə bilərik.
[464]
İştirakçılar (participants) bölməsində sizə bir sıra şəxslər önəriləcək.
[467]
Bu önərilənlər sizin qrupun üzvləri olacaq.
[470]
Həmçinin siz, istəsəniz onları əl ilə ayrıca dəvət edə bilərsiz.
[474]
Mən indi özümü dəvət edəcəm.
[476]
Mən indi bu "Demo" hesabını dəvət edəcəm.
[478]
Bunun üçün burdakı üç nöqtəyə basacam və ondan görüşə qoşulmağını istəyəcəm.
[482]
Hal-hazırda ona zəng gedir.
[484]
Bu programı mobil telefonuma yüklədiyim üçün mən zəng gəldiyin görə bilirəm.
[490]
İndi mən bu zəngi qəbul edib görüşə qatılacam.
[492]
Artıq mən bu görüşdəyəm və mobil cihazımın kamerasını yandıra bilirəm.
[497]
Gördüyünüz kimi mən telefondan görüşə qatıldım və canlı olaraq hərşeyi görə bilirəm.
[502]
Heç bir şeyin mürəkkəb olmadığından əmin olmaq üçün mən telefondakı kameranı bağlayacam.
[510]
Bunun üçün ekrana toxunuram və kameranı söndürürəm.
[515]
Görüşün lideri olaraq edə biləcəyiniz digər bir şey isə, siz iştirakçılara fərqli rollar təyin edə bilərsiniz.
[522]
Burdakı üç nöqtəyə basıram və edə biləcəylərim:
[526]
İlk olaraq iştirakçının səsini söndürə bilərəm
[528]
Həmçinin bu iştirakçını sadəcə bir qatılımcıda (attendee) edə bilərəm.
[532]
Hal-hazırda iştirakçı mənim olduğum kimi görüşün başqa bir lideri kimidi.
[538]
Bu deməkdirki, onlar öz ekranlarını paylaşa bilirlər.
[541]
Amma qatılımcılar (attendees) edə bilmir.
[543]
Ona görə mən bu iştirakçını qatılımcı edəcəm.
[545]
Mən bunu dəyişdirəcəm...
[546]
və dərhal telefona xəbərdarlıq gəlir.
[550]
Artıq mobil telefon öz ekranını paylaşa bilmir.
[554]
Deməkdir ki, hərşey mənim kontrolum altındadır.
[557]
İndi isə, gəlin paylaşım funksiyalarına baxaq.
[560]
Deyək ki, mən dərsimə başlamışa və təqdimat eləmək istəyirəm.
[564]
Bunun üçün "Share" düyməsinə basacam və göstərmək istədiyim təqdimatı axtarıram.
[569]
Office 365 işlətmədiyim üçün bu "PowerPoint" bölməsində görünmür.
[575]
Yenidən, narahat olmayın həmin faylı komputerdən seçə bilərik.
[580]
"Browse"-a basırıq və ordan "Upload from my computer" seçirik.
[582]
Tez bir şəkildə faylı seçirik.
[584]
İndi PowerPoint Microsoft Teams-də açılır.
[587]
Təqdimat mənim ekranımda açılan kimi mobil telefonun ekranindada təqdimat görünəcək.
[594]
Bu deməkdir ki, mən təqdimatı onlara təqdim eliyirəm.
[596]
Burda bir neçə əlavə xüsusiyyətlər var... mən bunların arasında keçid edə bilirəm.
[600]
Mən təqdimatda irəlilədikcə mobil cihazdada avtomatik olaraq dəyişir.
[606]
Həmçinin, mən "Share" düyməsinə qayıdıb, başqa hər hansı bir program kimi löhvənidə aça bilirəm.
[613]
Burda "Whiteboard" funksiasında "Microsoft Whiteboard'' var.
[617]
Və bu bizim löhvəmizdi hansıki üstündə ideaları və ya hər hansı birşeyi çəkə bilərəm.
[623]
Gəlin "Share" düyməsinə qayıdaq və öz ekranımızı paylaşaq.
[628]
Mən ya tam masaüstümü ya da, bir pəncərəmi paylaşa bilərəm.
[630]
Mən öz tam masaüstümü payalaşacam və siz istəsəniz öz komputer səsinizidə payalaşa bilərsiz.
[636]
Əgər bir video və ya başqa səsli birşey paylaşırsınızsa...
[640]
...bu işarəni yandırdığınızdan əmin olun.
[641]
Masaüstümü paylaşacam... və bu qatılımcılara təqdim olundu.
[647]
Telefonda gördüyünüz kimi onlar mənim bütün masaüstümü görürlər.
[651]
Mən burdakı düyməyə basana qədər.
[654]
Bu düymə onu bildirirki mən artıq ekranımı paylaşmaq istəmirəm.
[658]
Buna basaq... və artıq ekranımızı paylaşmırıq.
[662]
Yaxşı, əla, biz görüş keçirdik
[665]
iştirakçılarla danışdıq
[666]
şagirdlər bundan məmnundu...
[668]
İndi isə gəlin görüşü sonlandıraq,
[670]
Gördüyünüz kimi iştirakçılar hələdə görüşdədirlər.
[672]
Burda şagirdlərin təhlükəsizliyi üçün diqqətli olunmalı birşeydir.
[674]
İndi telefonda görüşdən ayrılırıq.
[677]
Hamı görüşdən ayrıldıqdan sonra,
[679]
gördüyünüz kimi burda, kanalda, bir qeyd var.
[682]
Yuxarıda son fəaliyyətlərin arasında bizim görüşümüz var.
[686]
Bu nə tezliklə görüş keçirdiyinizi,
[689]
kimin kiminlə görüşdüyünü, və
[691]
bu görüşlərin nə vaxt olduğunu bilmək üçün əla birşeydir.
[694]
Siz həmçinin bu görüşlə əlaqəli şərh yaza bilərsiz.
[699]
Gəlin "<-- reply"-a basaq və "Yaxşı görüş idi, gəldiyinizə görə sağolun." şərhi yazaq.
[709]
bunu göndərək. Əla...
[711]
... və hamı bu şərhi görür.
[713]
Bunlar Microsoft Teams-in əsaslarından bəziləridir. Hansıki sizə online dərs keçməyə kömək edəcək.
[719]
Resurslar paylaşmağı, fayllar paylaşmağı, və bunları birlikdə işlətməyi öyrəndiniz!
[724]
Ümid edirəm ki bu sizə faydalı olmuşdur.
[726]
Egər elə idisə, aşağı sürüşdürüb hansı funksiyaların sizin daha çox xoşunuza gəldiyini barədə şərh yaza bilərsiz.
[732]
Nələr Microsoft Teams-ə əlavə olunmalıdı? Fikirlərinizi şərhə yazın!
[735]
Suallarınızıda yaza bilərsiniz.
[737]
Mən sizin şərhlərinizi görmək istəyərəm.
[740]
Əlimdən gəldiyi qədər cavab yazmağa çalışacam
[743]
Şərh yazdıqdan sonra yuxarı sürüşdürüb videonu bəyəndiyinizdən və kanala abunə olduğunuzdan əmin olun.
[749]
Baxdığınıza görə sağolun! Görüşərik! :)