Inflation, deflation, and capacity utilization | Finance & Capital Markets | Khan Academy - YouTube

Channel: Khan Academy

[0]
Qeydə aldığımız büdcə kəsirləri,
[3]
stimullaşdırıcı veksel və yardım paketinə xərclənən bütün pul,
[6]
avtomatik dəstək paketləri ilə bağlı bütün ehtimallarla
[11]
əlaqəli hər kəsi maraqlandıran sual budur ki,
[14]
bütün bunlar inflyasiyaya yol açırmı?
[15]
Videoda bu mövzunu diqqətinizə çatdırmağı ümid edirəm.
[17]
Hesab edirəm ki, ilk olaraq
[19]
inflyasiyanın nə olduğu ilə başlamaq yaxşı olar.
[21]
Ümumən, inflyasiya əmtəə və xidmətlərin qiymətində artımdır.
[24]
Əslində inflyasiya belə ölçülür: əmtəə və xidmətlərin
[27]
istehlak səbəti götürülür və əvvəlki illə müqayisədə
[31]
qiymətlər qarşılaşdırılır.
[32]
Və bu qiymətlər 3% artarsa, istehlak qiymət
[36]
indeksindən istifadə edilə bilər.
[37]
Şübhəsiz ki, inflyasiya 3% artır.
[39]
Yəni inflyasiya budur.
[41]
İnflyasiyanın əksi olan proses, yəni qiymətlərin aşağı düşməsi
[44]
deflyasiya adlanır.
[47]
Tutaq ki, bir il 10 meqabayt RAM "x" dollara başa gəlir,
[53]
növbəti il qiymət aşağı düşür, ən azından bu sektorda
[55]
bu, deflyasiya prosesidir.
[59]
Bu təriflərin xaricində,
[61]
bunun səbəblərindən bir az bəhs edək.
[63]
Bir neçə gün əvvəl kek iqtisadiyyatı haqqında
[66]
belə bir video təqdim etdim, bu videoda
[69]
kek müəssisələrindən istifadənin yüksək yaxud aşağı
[73]
səviyyəsində nə baş verdiyi barəsində danışdım.
[73]
Qiymətlərlə bağlı nə baş verir?
[75]
Məqsədim, qiymətləri formalaşdıran
[77]
müəssisələrin yaxud insanların istifadəsini
[82]
açıq şəkildə göstərməkdir.
[86]
Tutaq ki, mənim bütün potensialım budur.
[89]
Bu videoda potensial deyəndə ümumi mənada
[92]
nəzərdə tuturam, yəni istehsal edə biləcəyimiz bütün
[94]
əmtəə və xidmətlərdir.
[95]
Sadəcə iş qabiliyyətindən bəhs edə bilərik, o zaman
[98]
işsizlik səviyyəsi nəyin utilizasiya olunmadığının
[102]
ölçüsüdür.
[103]
Ancaq bu yalnız bizim potensialımızdır, istehsal potensialımız.
[109]
Bu kek iqtisadiyyatı haqqında videolarda izah etdim ki,
[112]
tələb potensiala nisbətdə yüksəlirsə -
[116]
tələbi başqa bir rənglə qeyd edək.
[117]
Əgər tələb potensiala yaxındırsa-
[120]
balans hesabatı kimi göründüyünü bilirəm, amma
[122]
bunun balans hesabatı olması nəzərdə tutulmayıb.
[124]
Sadəcə tələbin potensialı üstələməyi
[126]
nəzərdə tutulur.
[127]
Burada tutaq ki, bu potensialdır.
[129]
Tələb potensialın 90%-i təşkil edirsə, onda potensiala sahib insanlar
[133]
əlavə hissəni satmaq əvəzinə, bax belə deyə bilərlər ki, -
[136]
bu tələbdir- sadəcə əlavə hissəni
[139]
satmaq, bütün xam materiallar barədə narahatlıq duymaq,
[142]
və bu əlavə hissə üçün işləmək məcburiyyətində qalmaq
[144]
əvəzinə niyə sadəcə qiymətləri yüksəltmirik, elə deyilmi?
[148]
Potensialdan yüksək istifadə qiymətlərdə
[160]
artıma gətirib çıxarır.
[160]
Bu, bir çeşid makroiqtisadiyyat prinsipi deyil;
[164]
Əgər limonad stendi işlədirsinizsə doğrudur.
[166]
Birdən limonadınızın 95% -ni satmağa
[170]
başlayırsınız, bəlkə düşünürsünüz ki,
[173]
qiymətləri qaldırsam buna dəyər.
[174]
Digər tərəfdən, aşağı utilizasiya-
[176]
başqa bir rənglə qeyd edək- qiymətlərin aşağı düşməsinə gətirir.
[188]
Limonad stendinə qayıdaraq düşünürsünüz ki,
[191]
əgər hazırladığım limonadın yalnız 20 faizini satıramsa,
[194]
bəlkə də problem limonadımın çox bahalı olmasıdır.
[200]
Açıqcası, bir qrup limonad stendi olsaydı,
[203]
hər kəs potensialını satmağa çalışardı.
[204]
Yəni, yalnız bir-biri ilə rəqabətə girərək
[206]
hamısı qiymətləri aşağı salacaq.
[207]
Əslində, inflyasiya ilə əlaqəli olmayan
[209]
başqa bir şeydən bəhs edəcəyəm, amma yüksək istifadə
[212]
qiymətlərin qalxmasına səbəb olur və bu insanlarda
[215]
potensial əlavə etmək istəyi yaradır, elə deyilmi?
[216]
Həmçinin investisiya qoyuluşu da yüksəlir.
[217]
Bunların hər ikisi daha çox potensial əlavə edir,
[219]
lakin hal-hazırda bu haqda bəhs etməyəcəyik.
[221]
Belə ki, bunu qəbul etsəniz- məntiqli arqument
[223]
olduğunu hesab edirəm, çünki əsaslı faktorlara əsaslanır-
[227]
yəni çox az istifadə etdiyiniz təqdirdə
[230]
inflyasiyanın olması çətindir.
[236]
Eyni şəkildə, utilizasiya çox yüksəkdirsə,
[238]
inflyasiyanın qarşısını almaq çətindir.
[240]
Əsas məsələni diqqətə çatdırmaq üçün şirkətimizin
[243]
Bloomberg terminalını,
[248]
qrafikləri buraya köçürdüm.
[249]
Bunu youtubedə aydın görə bilmədiyinizi bilirəm,
[251]
ona görə də qrafikdə bunu aydınlaşdırmağa çalışacağam.
[254]
Bu, narıncı hissə potensialdan
[258]
istifadəni əks etdirir və burada başlanğıc tarixi götərilir,
[261]
zənnimcə 1967-ci ildir.
[265]
Bu, 1969-cu il 31 Dekabr tarixini,
[269]
bu 1970-ci ilin əvvəlini, bu 1980-ci ilin əvvəlini,
[273]
1990-cı ilin əvvəli, bu isə 2000-ci ili ifadə edir.
[277]
Bu narıncı xətt potensialdan istifadəni göstərir.
[280]
Yəni buradakı 90% istifadə, sonra aşağıdakı isə
[286]
70% istifadədir.
[289]
Nəzər yetirsək, 60-cı illərin sonlarında yüksək
[295]
utilizasiyaya sahibik.
[296]
Vyetnam müharibəsi səbəbiylə, bomba istehsalı ilə
[299]
fəaliyyət göstərən fabriklər var və
[303]
kim bilir başqa nələr var.
[304]
Sonra utilizasiya səviyyəsi düşdü.
[307]
Tarix haqqında çox danışa bilərik, ümumilikdə
[309]
maraqlı nüansa toxunmadan öncə
[312]
ağ xəttin nə ifadə etdiyini müəyyənləşdirək.
[314]
Narıncı xətt utilizasiyanı, yəni istifadəni bildirir.
[316]
Buraya qədər, 90% qədər utilizasiyaya sahib idik.
[318]
Son zamanlar, məsələn 2007-ci ildə bu 80% idi.
[324]
Sonrakı illərdə isə utilizasiya düşür, əslində
[327]
bu o deməkdir ki, fabriklərimiz tam sürətlə fəaliyyət göstərmir.
[331]
Ağ xətt illik inflyasiya
[334]
artımıdır, icazənizlə ağ rəngdə edim.
[336]
Bu, ildən ilə inflyasiya artımıdır.
[338]
Əslində, sıfır xətti çəksək
[341]
inflyasiyanı deflyasiyadan ayıra bilərik.
[343]
Baxaq, sıfır inflyasiya buradadır.
[351]
Bu inflyasiya sıfırdır.
[352]
Gördüyünüz kimi, etdiyim bu zaman seriyalarında
[354]
çox yüksək inflyasiya dövrləri olmasına baxmayaraq,
[357]
heç vaxt sıfır inflyasiya olmamışdır.
[360]
Lakin maraqlısı budur ki, yalnız kek iqtisadiyyatı və
[363]
bu potensialdan istifadə anlayışı budur ki,
[365]
inflyasiya dövrləri hər zaman
[370]
potensialdan istifadənin
[374]
artmasıdır.
[376]
Yəni bunu qiymətləri olduqca əhəmiyyətli
[383]
bir yüksəlişin başlanğıcı kimi qiymətləndirə bilərsiniz, eləmi?
[385]
Diqqət yetirin ki, bundan əvvəl potensial istifadəsində
[389]
yüksəliş var idi.
[390]
Burada görsək ki, potensialdan istifadə
[392]
yüksəlməyə başlayır- həqiqətən də başqa bir maraqlı
[395]
nüans hansı utilizasiya başlanğıcının
[398]
inflyasiyaya yol açdığını müəyənləşdirməkdir.
[400]
Tam burada, inflyasiya həqiqətən dönməyə başladığında,
[402]
təxminən 83% -dən 84% -ə qədər
[406]
potensial istifadə etdik.
[410]
Və sonra inflyasiyanın həqiqətən zərbə vurduğu növbəti
[412]
dövrə baxsanız - ya o nöqtəni,
[414]
ya da bu nöqtəni seçə bilərsiniz - potensial istifadə nə qədər idi?
[417]
Təxminən eyni səviyyə civarında idi.
[419]
80 %-dən daha çox.
[420]
Bu, təxminən 82% idi.
[422]
Və ondan əvvəlki hər dövrü seçə bilərik.
[428]
O vaxtdan bəri inflyasiya həqiqətən
[430]
böyük bir problem deyildi.
[431]
Bunlar 70-ci və 80-ci illərin əvvəllərində baş verən
[434]
iki böyük inflyasiya dalğasıdır və
[438]
potensialdan çox yüksək istifadə etdiyimiz dövrlərdir.
[443]
Yəni burada vurğulamaq istədiyim məqam, potensialdan istifadə
[445]
inflyasiyanı formalaşdıran faktordur.
[447]
Əslində bunu təm əks şəkildə düşünə bilərsiz.
[449]
Yəni buradakı ağ xətt görünmür, çünki
[452]
ekranın ölçüsü
[455]
böyükdür.
[459]
Ekran pəncərəsini biraz kiçildim, beləcə sizə bunu göstərə bilərəm.
[463]
Son zamanlarda
[466]
potensialdan istifadənin azaldığını görürük.
[467]
Zənnimcə, bu 2007-ci ilin yayındadır.
[470]
Üzərində yazıldığı üçün görmürsünüz, ancaq burada
[474]
inflyasiya xətti əhəmiyyətli dərəcədə düşür,
[476]
buraya gəlib çatır.
[477]
Bir daha diqqət yetirin, çox yaxın olmasına
[481]
baxmayaraq, inflyasiya azalmadan öncə utilizasiya
[484]
dörddə bir qədər azalmışdır.
[486]
Buna görə də hər zaman Federal Ehtiyat İdarə Heyətinin
[488]
nə üçün müxtəlif inflyasiya göstəriciləri və
[491]
yaxşı göstəricəyə sahib olduqda faiz dərəcələri ilə
[493]
nə etməli olduğumuz barədə danışdıqları il maraqlanmışam.
[495]
Bu, potensialdan istifadədir.
[497]
Hər kəsi maraqlandıran növbəti sual belədir:
[499]
Potensialdan istifadə inflyasiyanı gücləndirir.
[502]
Hamımız bunu ala bilərik.
[503]
Ancaq açıq-aydın, hazırda baş verənlər
[507]
yalnız pulun topdan tədavülüdür.
[508]
Bəs topdan pul tədavülü tələbin artmasına
[512]
səbəb olmazmı? Yüksək potensialdan istifadəyə sahib olarıq,
[515]
amma onda inflyasiya yaxud hətta
[518]
hiper-inflyasiya baş verməzmi?
[520]
Arqumentim bir qayda olaraq faktdır.
[522]
Bir qayda olaraq, pul təchizatını artırsaq,
[528]
tələb də artar.
[532]
Lakin burada incə bir nüans var.
[534]
Hesab edin ki, pul sadəcə
[538]
tələbi artırmağa imkan verir.
[541]
Tutaq ki, mən həqiqətən Rolls Royce almaq istəyirəm,
[544]
pulum isə yoxdur.
[545]
Əgər kimsə mənə 200.000 dollar versə,
[550]
o zaman bu, Rolls Royce almaq üçün tələbi artırır.
[553]
Digər tərəfdən, tutaq ki, ehtiyacım olan hər şeyə sahibəm.
[555]
Honda markalı maşınım və iki otaqlı mənzilim ilə məmnunam və
[560]
kimsə mənə 200.000 dollar pul verir.
[563]
Ən azından, mənim pul təchizatımı artırır.
[566]
Bəs, Rolls Royce üçün tələbi artırarmı?
[568]
Xeyr.
[569]
Tələbi artırmaq üçün pulum var, amma bunu etmərəm,
[571]
çünki zəruri olduğunu düşünmürəm.
[573]
Beləliklə, iqtisadiyyatda eyni bənzətməni edə
[575]
bilərik, tutaq ki, beş yaxud üç nəfərdən ibarət
[580]
bir ada təsəvvür edin, çünki beş insanı
[583]
qrafikdə çəkmək istəmirəm.
[585]
Aramızda isə pul vahidi kimi balıqqulağından istifadə edirik.
[589]
Özümüzdən əminik.
[590]
Tutaq ki, mən inşaatçıyam, bu adam balıqçıdır,
[597]
o da əkinçidir.
[600]
Deyək ki, bir il ərzində balıq almaq üçün balıqqulağından istifadə edirəm.
[603]
Sonra o, bir az məhsul almaq üçün həmin balıqqulağından istifadə edir.
[606]
Daha sonra ev almaq üçün həmin balıqqulağından istifadə edirəm.
[609]
Və daha çox balıq almaq üçün yenidən o balıqqulağından istifadə edirəm.
[610]
Gördüyünüz kimi, adadakı pul təchizatım balıqqulağı olsa da,
[614]
bir il ərzində dəfələrlə
[618]
dövriyyə edilə bilər.
[619]
Belə ki, bu nümunədəki pul dövriyyə sürəti çox yüksəkdir.
[623]
Beləliklə, tələbin artmasının bu həqiqi əməliyyatlarda
[627]
baş verdiyini görürsünüz.
[629]
Tezliklə klassik pul tədavül tənliyini edəcəyəm.
[633]
Ancaq başqa bir reallığı təsəvvür etsək, nədənsə bu gəncə
[635]
etibar etməyi dayandırıram.
[639]
Daha təmkinli davranıram, bilirsiniz nə var?
[641]
Ona balıqqulağımı vermək istəmirəm, çünki
[644]
başqa bir şey etmək üçün o balıqqulağını
[647]
yenidən alacağıma əmin deyiləm.
[648]
Adamızın mərkəzi bankının birdən-birə
[651]
yüzlərlə balıqqulağı əldə etdiyi gerçəyi təsəvvür edə bilərsiniz.
[654]
Yəni, hər kəsin cibinə balıqqulağı qoydular, belə ki,
[656]
çoxlu balıqqulağına sahibik.
[659]
Lakin çoxumuz iqtisadiyyata olan güvənini itirir.
[662]
Başqa insanların əmtəə və xidmətlərindən istifadə edib-etməyəcəyimə
[666]
o qədər əmin deyiləm ki, mal və xidmətlərindən
[668]
istifadə etmək istəmirəm.
[669]
Beləliklə, hamımız balıqqulaqlarını yığmağa başlayırıq.
[672]
Bu, pul təklifinin həqiqətən xeyli dərəcədə
[674]
arta biləcəyi bir vəziyyətdir, lakin heç kim
[677]
bunu tələb yolu ilə ifadə etmək istəmədiyi üçün
[680]
istifadəni artırmayacaq.
[681]
Hal-hazırda olduğumuz situasiyada,
[685]
inflyasiya və ya deflyasiya görəcəyinizi düşünürsünüzsə,
[688]
arqumentim potensialdan istifadəyə bir baxış idi.
[692]
İnsanlar pul təklifinə işarə edə bilər.
[696]
Bu, klassik pul təklifi tənliyidir.
[698]
Pul təklifi vurulsun pulun tədavül sürəti
[703]
malların ortalama qiyməti vurulsun
[707]
mal və xidmətlərin ümumi miqdarına
[711]
bərabərdir.
[713]
Bir çox insan düşünür ki, pula təklif artarsa,
[718]
onda qiymət də artmazmı?
[720]
Pulun tədavül sürəti və kəmiyyətinin sabit olduğunu
[723]
düşünsək, bu doğru olar.
[724]
Ancaq böyük sarsıntı keçirsəniz və
[727]
insanlar özlərinə inamlarını itirsələr, pulun tədavül sürəti
[730]
əhəmiyyətli dərəcədə azalar, xüsusilə də maliyyə dəllalları
[732]
pul yığmağa başladıqda və insanlar
[734]
döşək altına pul qoymağa başladıqda.
[736]
Faktiki olaraq, insanlar pulla dövriyyə olmayan
[738]
bir şey təsəvvür belə etmirlər.
[740]
Məsələn, TV-də satılan
[742]
bu, xatirə sikkələri.
[743]
Onlar pul təchizatının bir hissəsi hesab olunmur, çünki
[745]
insanlar ondan pul kimi istifadə etmir.
[747]
Hər nə isə, artıq vaxtım bitdiyinə görə
[748]
növbəti videoda bu mövzuya davam edəcəyəm.