Introduction to price elasticity of demand | APⓇ Microeconomics | Khan Academy - YouTube

Channel: Khan Academy

[0]
İndi biz tələbin qiymət elastikliyini müzakirə edəcəyik, hansı ki
[3]
çox qəşəng mövzu kimi səslənir,
[7]
amma həqiqətən, bu iqtisadçıların miqdarın qiymət dəyişikliyinə
[10]
olan həssasiyyətini anlamaq üçün bir yoldur.
[14]
Və bu videoda biz onu E hərfi ilə işarə edəcəyik,
[18]
Beləliklə E, tələbin qiymət elastikliyi.
[22]
Və bu haqda düşünməyin asan yolu budur,
[24]
bu faiz dəyişikliyidir, mən dəyişiklik üçün Yunan hərfi
[27]
Deltadan istifadə edəcəm,
[29]
Qiymətdəki faiz dəyişikliyi üzərində
[32]
miqdardakı faiz dəyişikliyi.
[36]
Beləliklə, deyə bilərsiniz ki, bunun gündəlik
[38]
elastiklik fikri ilə nə əlaqəsi var?
[42]
Yaxşı iki lent təsəvvür edin.
[44]
Gəlin elastik olmayan lent təsəvvür edək.
[47]
Elastik olmayan, tam burada, və gəlin
[51]
elastik lenti təsəvvür edək.
[55]
Beləliklə, elastik olmayan lentə güc tətbiq etsəniz
[58]
onu çox uzada bilməyəcəksiniz,
[59]
bəlkə azca uzana bilər, amma elastik lent,
[62]
bir miqdar güc tətbiq etsəniz,
[64]
onu daha çox uzada bilərsiniz.
[67]
və burdakı bənzətmədə biz güc tətbiq etmirik,
[70]
amma deyirik ki, verilən miqdarda qiymət
[73]
dəyişəndə miqdar nə qədər uzanır?
[76]
Yəni, verilən qiymət dəyişikliyində miqdar çox dəyişəndə
[79]
bu çox elastik olar.
[82]
Beləliklə, bunun miqdarı daha böyük olacaq.
[85]
Və əgər qiymətdəki faiz dəyişikliyinə görə
[89]
miqdardakı faiz dəyişikliyi
[91]
çox dəyişməzsə onda bu elastik olmayan
[93]
tələbin qiymət elastikliyidir.
[95]
Rəqəmlər üzərində işləyəndə bunları
[97]
daha çox anlaya biləcəyik.
[99]
Və həqiqətən gəlin bunu buradakı
[101]
tələb cədvəli üçün edək,
[103]
və bu tələb əyrimiz kimi görünür.
[106]
Şaquli oxda burgerlərin qiyməti var,
[109]
və üfüqi oxda bizdə miqdar var,
[111]
hər saatda olan burgerlərin sayı baxımından.
[114]
Və gəlin sadəcə tələbin qiymət elastikliyinin
[117]
tərifindən istifadə edərək onu
[119]
tələb əyrimizin müxtəlif nöqtələrində hesablayaq.
[123]
Və mən burada yeni sütun edəcəm,
[125]
tələbin qiymət elastikliyi.
[129]
Və mənim bunu edəcəyim yol
[131]
həqiqətən bunu hesablamaq üçün ən asan yoldur.
[134]
Digər videolarda biz daha dərin metodlara
[136]
baxa bilərik, orta nöqtə metodu kimi.
[139]
Və sizə burada etdiyimizdə olan
[140]
zəifliyi göstərəcəyəm.
[142]
Ancaq bir orta məhsul iqtisadiyyatı,
[144]
mikroiqtisadiyyat kursu üçün bu kifayət edərdi.
[147]
Beləliklə gəlin A nöqtəsindən B nöqtəsinə gedərkən
[151]
tələbin qiyməq elastikliyi haqda düşünək.
[155]
Yaxşı, xatırlayın, bu sadəcə qiymətdəki faiz dəyişikliyi üzərində
[158]
miqdardakı faiz dəyişikliyi olacaq.
[162]
Bəs miqdardakı faiz dəyişikliyi nə qədərdir,
[167]
Yaxşı, biz ikinin miqdarından başlayırıq.
[171]
Və mən onu məxrəcə qoyacam.
[172]
Və biz ikidən dördə gedirik yəni iki əlavə edirik.
[177]
Və iki üzərində iki var, biz onu
[180]
istəsək 100%-ə vuracağıq.
[183]
Yəni bu bizə miqdarda 100% dəyişiklik verər,
[187]
Bəs qiymətdəki müvafiq dəyişiklik
[189]
qiymətdəki faiz dəyişikliyi nə qədərdir?
[193]
Qiymətdəki müvafiq faiz dəyişikliyi,
[196]
bizim ilkin qiymətimiz 9 idi, və 9-dan 8-ə gedirik,
[201]
Beləliklə biz 1 aşağı gedirik.
[203]
Və onu 100%-ə vururuq.
[207]
Yəni, bu qiymətdə təxminən mənfi 11%
[211]
dəyişiklik olacaq.
[213]
Və bu riyaziyyat kifayət qədər sadədir,
[215]
çünki 100%-lər ləğv olunur, bu sadəcə birdir.
[220]
mənfi 1/9 üzərində 1 sadəcə
[223]
mənfi 9-a bərabər olacaq.
[226]
Beləliklə tələbin mənfi doqquz qiymət elastikliyi var.
[232]
Bunu daha çox şərh etmədən əvvəl,
[233]
Gəlin başqa nöqtələrdə tələbin qiymət
[235]
elastikliyinə baxaq, ya da başqa nöqtələrdən
[238]
başlayıb əyridəki başqa nöqtələrə q ədər baxaq.
[240]
Beləliklə, bu haqda E nöqtəsindən
[242]
F nöqtəsinə gedərək düşünək.
[245]
Və biz E-dən F-ə gedərkən, tam eyni
[247]
tapşırığı edəcəyik.
[249]
Bizim tələbdəki faiz dəyişikliyi nədir,
[252]
Yaxşı bizim ilkin miqdar 16-dır.
[255]
Və biz 16-dan 18-ə gedirik, yəni beləliklə iki dəyişikliyimiz var.
[259]
Beləliklə, 16 üstü 2 vurulsun 100%,
[262]
bu miqdardakı faiz dəişikliyidir.
[264]
Bəs qiymətdəki faiz dəyişikliyi nə qədərdir?
[268]
Yaxşı, bizim ilkin qiymət 2-dir.
[271]
Və biz 2-dən 1-ə gedirik,
[274]
və bizdə qiymət dəyişikliyi mənfi 1 vurulsun 100% olur.
[281]
Və beləliklə burda gördüyünüz 1/8 vurulsun 100%-dir,
[284]
bu 12.5% olacaqdır.
[287]
Beləliklə, bu 12.5%-dir, və bu
[292]
buradakı, mənfi 50% olacaqdır.
[295]
Yəni qiymət 50% aşağı düşəndə,
[299]
miqdarda 12.5% artım olur.
[304]
12.5% 50%-in 1/4-dir, beləliklə bu bizə tələbin
[309]
mənfi 0.25 qiymət elastikliyini verəcək.
[317]
Beləliklə, artıq anlamış ola biləcəyiniz
[319]
bir neçə maraqlı şey var.
[321]
Bizim buradakı tələb ərisi xətt olsa belə
[325]
əslində onun sabit meyilliyi var,
[328]
görürsünüz ki əyrinin müxtəlif hissələrindən asılı olaraq
[331]
tələbin qiymət elastikliyi dəyişir.
[334]
İndi bunun səbəbi
[336]
riyaziyyata gəlib çıxır.
[338]
A-dan B-ə getdikdə,
[340]
ilkin qiymətlərimiz nisbətən yüksək idi.
[342]
Yəni, bir qiymət azalması olsa belə,
[346]
bu ilkin qiymət doqquzdan idi.
[348]
Beləliklə, miqdarakı faiz dəyişikliyi çox olduğu halda sizin
[351]
sizin qiymətdəki faiz dəyişikliyi az idi
[353]
Çünki siz ikinin az miqdarından gedirsiniz
[356]
və ona iki əlavə edirsiniz,
[358]
beləliklə miqdarda 100% dəyişiklik var.
[360]
Siz digər əyriyə getdikdə,
[363]
və siz E-dən F-ə getdikdə, bu tərsinədir.
[365]
Qiymətə başlanğıc nöqtəniz aşağıdır,
[368]
beləliklə qiymətdəki fazi dəyişikliyi,
[370]
qiyməti bir azaltdıqda,
[372]
bu çox böyük miqdar kimi görünür.
[375]
Amma E-dən F-ə getdikdə miqdardakı
[376]
faiz dəyişikliyi, onsuz da miqdar 16 olduğu üçün
[379]
ona iki əlavə etmək
[381]
bir o qədər də çox faiz deyil.
[383]
indi sizə maraqlı ola biləcək digər
[385]
bir şey budur ki, əgər burada əyridə tələbin qiymət elastikliyini
[389]
hesablamağa çalışsaq, və, A-dan B-ə getmək yerinə,
[391]
B-dən A-ya getsəydik, biz fərqli qiymət
[394]
alardıq çünki bizim ilkin qiymətlərimiz
[397]
və miqdarlarımız fərqli olardı.
[399]
İlkin qiymətimiz, tam bura 8 qoyardıq,
[402]
və ilkin miqdarımız, bbiz bura 4 qoyardıq,
[404]
və biz tamam fərqli qiymət alardıq.
[406]
Və bu metodun mənfilərindən biridir,
[408]
hansı ki ən sadə metdoddur, mənim istifadı etdiyim.
[411]
Başqa metodlar da var, orta nöqtə metdodu kimi,
[413]
bu sizə daha uyğun nəticə verə bilər,
[415]
A-dan B-yə və ya B-dən A-ya getsəniz,
[417]
amma hələ o haqda danışmayacağam.
[419]
Amm gəlin düşünək, indi, bunu şərh etmək haqda.
[423]
Və şərh etməyin ən yaxşı yolu
[424]
tələbin qiymət elastikliyinin dəyəri haqda düşünməkdir.
[429]
Beləliklə burada, bizim tələbin
[432]
qiymət elastikliyi doqquza bərabər olur,
[435]
və sonra, burada, tələbin qiymət
[438]
elastikliyinin mütləq qiyməti 0.25-ə bərabərdir.
[446]
Və ümumi barmaq qaydası budur ki, əgər tələbin qiymət
[450]
elastikiyinin mütləq qiyməti 1-dən azdırsa
[454]
deməli bu elastik
[460]
olmayan vəziyyətdir.
[462]
və əgər tələbin qiymət elastikliyi
[465]
onun mütləq qiyməti 1-dən böyükdürsə,
[468]
bu elastik vəziyyətdir.
[471]
Bunu nə mənası var?
[472]
Yaxşı, ilk ssenaridə, deyir ki,
[475]
qiymətdəki verilən faiz dəyişikliyinə əsasən,
[478]
miqdarda daha az faiz dəyişikliyi var.
[482]
Amma burada, qiymətdə verilən faiz üçün
[485]
miqdarda ondan daha çox
[487]
faiz dəyişikliyi olacaq.
[489]
Beləliklə, bir daha, bu həmin lent bənzətməsinə gedib çıxır.
[493]
Beləliklə, A-dan B-yə gedəndə,
[494]
tələbin qiymət elastikliyinin mütləq qiymətinin dəyəri
[498]
dəqiq 1-dən çox olacaq.
[501]
Yəni, iqtisadçı bunu elastik
[502]
vəziyyət kimi nəzərə alacaq.
[506]
Amma E nöqtəsindən F-ə gedəndə
[508]
bizim tələbin qiymət elastikliyi
[510]
və ya onun mütləq qiyməti, dəqiq 1-dən azdır,
[514]
beləliklə, bu elastik olmayan vəziyyət olacaq.