🔍
Terms of Trade and the Gains from Trade | AP Macroeconomics | Khan Academy - YouTube
Channel: Khan Academy
[0]
Gəlin,iqtisadiyyatda olduğu kimi hər biri
[2]
ya şalvar,ya köynək,ya da bir neçə
[3]
kombinasiya istehsal edə bilən iki ölkəyə
[6]
sahib olan çox sadə bir dünya təsəvvür edək.
[9]
Beləliklə,burada olanlar
[10]
bu ölkələrin hər biri üçün
[12]
istehsal imkanları əyriləridir
[14]
və bu hər işçi başına günlükdür.
[16]
Məsələn,A ölkəsində,gündə bir işçi başına,
[19]
işçilər bütün enerjilərini şalvara qoysaydılar,
[21]
20 ədəd istehsal edə bilərdilər.
[22]
Əgər onlar bütün enerjilərini köynəklərə
[24]
qoysaydılar,10 ədəd istehsal edə bilərdilər.
[25]
Və yaxud bəzi kombinasiyalar olsaydı,
[26]
onlar bu xəttdə olardılar.
[28]
İndi,bu iki ölkə üçün olan istehsal imkanları
[31]
əyrilərinin qavranılmasına
[32]
kömək etmək üçün məhsul cədvəli quraq.
[35]
Beləliklə,
[36]
bu sütun A ölkəsi üçün məhsul olacaq.
[38]
Bu sütün isə B ölkəsi üçün məhsul olacaq.
[41]
Və biz şalvarın maksimum sayı haqqında,
[45]
maksimum şalvarları,yəni gündə
[47]
işçi başına düşən şalvarın maksimum məhsulunu düşünəcəyik.
[49]
Xammal isə hər günə olan işçidir.
[52]
İndi,köynəyin maksimum sayı haqqında düşünək.
[57]
Videonu dayandırın və müəyyən etməyə çalışın.
[60]
A və B ölkəsində maksimum
[61]
şalvar və köynək sayı neçədir?
[63]
Deməli,A ölkəsində,bu barədə artıq danışdım,
[65]
şalvarın maksimum sayı 20-dir,
[67]
20 şalvar.
[69]
Və köynəyin maksimum sayı,
[70]
əgər şalvar istehsal etməyiblərsə,10-dur.
[73]
Və B ölkəsində,
[75]
şalvarın maksimum sayı 30-dur,
[78]
və köynəyin maksimum sayı,təxminən 45 kimidir.
[82]
İndi,bu istehsal imkanları əyrilərinin hər hansı
[85]
birindən və ya bu məhsul cədvəlindən,
[87]
biz alternativ xərcləri hesablaya bilərik,
[89]
çünki bizim sabit alternativ xərclərimiz var,
[91]
bu istehsal imkanları əyriləri sabit maili
[93]
düz xətlərdir.
[95]
Beləliklə,ardınca bunu edək.
[97]
Beləliklə,bu A ölkəsidir,
[99]
və bu isə B ölkəsidir.
[101]
Gəlin,şalvarın alternativ xərclərini
[106]
və köynəyin alternativ xərclərini hesablayaq.
[111]
Videonu dayandırın və müəyyən etməyə çalışın.
[113]
A və B ölkələrində şalvarın və köynəyin
[115]
alternativ xərcləri neçədir?
[116]
Və bu cədvəli doldurun.
[119]
Bu barədə düşünməyin bir yolu budur ki,
[121]
A ölkəsində,mən bütün enerjimi şalvara
[124]
qoysaydım,20 şalvar istehsal edərdim.
[127]
Ya da bütün enerjimi köynəyə qoysaydım,
[129]
10 köynək istehsal edərdim.
[131]
10 köynək,s köynək üçün,p isə şalvar üçün.
[134]
Beləliklə,şalvarın qiymətini istəsəm,
[135]
hər iki tərəfi də 20-yə bölə bilərdim,
[138]
və şalvarı alardım,
[140]
hər şalvar başına düşən enerji miqdarı,
[143]
10 bölünsün 20,yəni köynəyin 1/2-sinə bərabərdir.
[147]
Beləliklə,şalvar üçün olan enerji 1/2-dir,
[150]
köynəyin 1/2-i üçün olan enerji ilə eynidir.
[153]
Və biz deyə bilərik ki,bir şalvarın istehsalının
[155]
alternativ xərci 1/2 köynəkdir.
[159]
Əgər biz köynəklər üçün alternativ xərci istəsək,
[162]
bu rəqəmin qarşılıqlı tərsini götürə bilərik.
[164]
Biz bunu 2 bölünsün 1 şalvar kimi deyə bilərik.
[167]
Ya da buradakı tənliklə başlaya bilərik və
[170]
p üçün həll etmək yerinə s üçün həll edə bilərik.
[173]
Şalvar baxımından bir köynək istehsal
[175]
etməyimiz nə qədər enerji tələb edir?
[177]
Əgər siz bu tənliyin hər iki tərəfini 10-a
[180]
bölsəniz,iki p-nin s-ə bərabər
[183]
olduğunu əldə edərsiniz.
[186]
Və ya başqa bir şəkildə düşünsək,
[187]
bir köynəyi yaratmağın enerjisi iki şalvarı
[190]
yaratmağın enerjisinə bərabərdir.
[192]
Bir köynək istehsalının alternativ xərci iki şalvardır.
[197]
Köynəyin eyni enerjisi ilə,
[198]
siz iki şalvar istehsal edə bilərsiniz.
[200]
İndi,gəlin,B ölkəsi üçün dolduraq.
[202]
Və əgər hələ etməmisinizsə,
[204]
bunu doldurmaq üçün eyni metoddan istifadə edin,
[206]
B ölkəsində şalvar və köynək üçün alternativ xərclər.
[210]
Deməli,B ölkəsində,mən bütün enerjimi şalvara
[213]
qoysaydım,30 şalvar istehsal edərdim yaxud
[215]
bütün enerjimi köynəyə qoysaydım,45 köynək istehsal edərdim.
[219]
Əgər mən hər iki tərəfi də 30-a bölsəm,bu
[221]
45 bölünsün 30 olardı,
[223]
onların hər ikisi də 15-ə bölünür,
[227]
beləliklə,hər şalvar başına düşən alternativ
[229]
xərc bir köynəyin 3/2-nə bərabərdir.
[230]
Düşünürəm,deyə bilərəm ki,
[232]
bir şalvar üçün olan enerji 1,5 köynək üçün
[235]
olan enerji ilə eynidir.
[237]
İcazə verin,bu şəkildə yazım.
[238]
Beləliklə,hər şalvar başına düşən
[241]
alternativ xərc üçün 1,5 köynəkdən imtina edirəm.
[244]
Deməli,köynəklərin alternativ xərcində
[248]
mən ancaq s üçün həll edə bilərəm.
[249]
Əgər mən hər iki tərəfi də 45-ə bölsəm,
[252]
bir şalvarın 30/45-na bərabər olan eynilə
[257]
1 köynək üçün olan enerjini əldə etmiş oluram,
[258]
hansı ki bir şalvarın 2/3-si ilə eyni şeydir.
[263]
Və mən bunu bir şalvarın 2/3-si kimi yaza
[266]
bilərəm,icazə verin bu şəkildə yazım,
[269]
bir şalvarın 2/3-si.
[273]
Beləliklə,alternativ xərclər nəzərə alındıqda
[275]
bu ölkələrin hər biri nəyə diqqət etməlidir?
[278]
Videonu dayandırın və müəyyən etməyə çalışın.
[281]
Əvvəlcə şalvarın alternativ xərclərini müqayisə edək.
[285]
Gəlin,əvvəlcə şalvarın alternativ xərcini müqayisə edək.
[290]
Bu aydındır ki,A ölkəsi bir şalvar istehsal etmək
[293]
üçün daha aşağı alternativ xərcə malikdir.
[295]
Bu,B ölkəsi 1,5 köynəkdən imtina edərkən
[297]
sadəcə 1/2 köynəkdən imtina etməkdir.
[300]
Yəni,A ölkəsi burada nisbi üstünlüyə,
[305]
tam burada,şalvarda
[308]
mwqayisəli üstünlüyə malikdir.
[310]
Və beləliklə,o,bütün enerjisini,
[313]
müqayisəli üstünlük nəzəriyyəsinə görə,bütün
[315]
enerjisini şalvar üzərində cəmləşdirməlidir.
[319]
Buna eyni şəkildə baxsaq,burada
[321]
bunları müqayisə etdik
[323]
və eyni zamanda,köynəklərə baxmağa çalışsaq,
[327]
tam burada,əgər biz onların
[329]
alternativ xərclərinə baxsaq,görərik ki,
[332]
A ölkəsi iki şalvardan imtina edərkən
[334]
B ölkəsi sadəcə bir şalvarın 2/3-sindən imtina edir.
[337]
Beləliklə,B ölkəsi köynəklərdə daha aşağı
[341]
alternativ xərcə və ya müqayisəli üstünlüyə malikdir.
[344]
Deməli,B ölkəsi bütün diqqətini köynəklərə yönəltməlidir.
[349]
İndi,mən nə düşündüyünüzü bilirəm.
[351]
İnsanlar sadəcə köynək geyinərək gəzə bilməzlər.
[355]
İnsanlar bellərindən aşağı soyuqlaya bilər.
[358]
Ya da insanlar yalnız şalvar geyinmək istəmirlər.
[359]
Onlar bellərindən yuxarı soyuqlaya bilər.
[362]
Bəs bu ölkələrdəki insanlar digər növ
[365]
geyimləri necə əldə edə bilərlər?
[368]
Şübhəsiz,cavab budur ki,bu şəkildə diqqətlərini
[371]
yönəltsələr,ticarət edə bilərlər.
[373]
Və deyək ki,şalvar üçün məqbul
[375]
ticarət qiyməti nə ola bilər?
[377]
Gəlin,bir saniyə şalvar üzərində dayanaq.
[380]
Beləliklə,əgər şalvar bazarını düşünürüksə,
[383]
və siz A ölkəsisinizsə,
[385]
köynəklər baxımından nə üçün
[387]
şalvar satmaq istərdiniz?
[390]
Yaxşı bir qiymət,belə demək mümkünsə,alternativ
[392]
xərclərinizdən daha yüksək bir şey olardı.
[396]
Beləliklə,A
[397]
satmağa
[399]
hazırdır,
[402]
şalvarları bir qiymətə
[405]
satmağa hazırdır.
[408]
Mən bunu dırnaq içinə alacağam,çünki biz
[409]
həqiqətən qiyməti onların alternativ
[411]
xərclərindən daha yüksək,köynəyin 1/2-indən daha
[414]
yüksək bir qiymətə başqa bir mal baxımından düşünürük.
[419]
Və siz bunun ticarət etmək və ya satmaq istədiyini düşünə bilərsiniz.
[422]
Bunu dırnaq içinə alacağam.
[423]
Tam burada,onlar həqiqətən gündəlik
[425]
dilimizdə ticarət edirlər.
[427]
Eynilə,B ölkəsi haqqında nə demək olar?
[430]
Beləliklə,B
[431]
şalvarları almağa
[434]
hazırdır,
[435]
onların şalvara ehtiyacları var,əks təqdirdə
[438]
yalnız köynəklərlə gəzəcəkdilər,
[439]
bir qiymətə,yəni şalvarın alternativ
[444]
xərclərindən daha aşağı bir qiymətə
[447]
şalvar almağa hazırdırlar.
[451]
Və bu,bir köynəyin 1,5-indən
[456]
daha az olur.
[457]
Bəs bir köynəyin 1/2-indən çox və
[462]
1,5-indən az bir qiymət nə ola bilər?
[464]
Həqiqətən,bu iki dəyər arasındakı hər hansı bir qiymət işə yarayacaqdır.
[468]
Yaxşı bir yuvarlaq rəqəm odur ki,onlar
[469]
bir şalvarı bir köynəklə dəyişdirərək ticarət edə bilərlər.
[474]
Beləliklə,klirinq qiyməti,
[476]
işə yarayacaq bir
[479]
qiymət,bir köynək üçün
[482]
bir p,
[483]
yəni
[486]
bir şalvar
[487]
ola bilər.
[489]
İndi isə,gəlin,hər ikisinin də ticarətdən
[492]
əldə etdikləri qazancları dəyərləndirək.
[494]
Gəlin,A ölkəsinin gündə bir işçi başına
[496]
20 şalvar istehsal etdiyi bu dünyanı təsəvvür edək.
[500]
Lakin deyək ki,onlar nə istədiklərinə
[503]
qərar verdilər,20 şalvarın əvəzinə
[505]
onlardan 15-ni köynəklərlə dəyişdirmək istədilər.
[508]
Və beləliklə,onlar bu qiymətə
[510]
15 köynək alacaqdılar.
[512]
Beləliklə,onlar 15 şalvardan imtina edəcəklər.
[515]
Onlar 15 şalvardan imtina edirlər,buna görə
[516]
onların burada sadəcə beş şalvarı olacaq.
[519]
Amma onlar 15 köynək əldə edəcəklər.
[522]
Beləliklə,onlar 15 köynək əldə edəcəklər.
[524]
Və onlar burada bitəcəklər.
[527]
Bura A ölkəsinin bitəcəyi yerdir.
[529]
Və bununla əlaqədar maraqlı olan budur ki,
[531]
biz istehsal imkanları əyrisindən kənara çıxdıq.
[534]
Ticarətdən əldə olunan qazancı çox açıq görürsünüz.
[537]
A ölkəsi bu nöqtəyə təkbaşına gələ bilməzdi.
[540]
Bu istehsal imkanları əyrisinin üstündədir.
[543]
Eyni şəkildə,B ölkəsi
[546]
45 köynək ilə burada idi.
[549]
O,köynəklərin 15-indən imtina etdi.
[551]
İndi 30 köynəyi var.
[553]
Lakin indi 15 şalvarı var.
[555]
Ən azından ölkədəki bəzi insanlar
[557]
indi şalvar geyə biləcəklər.
[559]
Beləliklə,indi 15 şalvarı var.
[561]
Bir daha deyə bilərik ki,o da
[563]
istehsal imkanları əyrisi xaricindədir.
[565]
Ticarət olmasa,buraya qədər gələ bilməzdi.
[569]
Yəni hər ikisinin də vəziyyəti daha yaxşıdır.
[571]
Beləliklə,bu videoda olan əsas şey,
[573]
nisbi üstünlüyün niyə bu sadələşdirilmiş
[577]
iqtisadi modellər üçün bütün
[578]
fərziyyələri irəli sürərək dəyərli olduğunu
[581]
başa düşməyimizdir,çünki bu nisbi üstünlükdən
[584]
alternativ xərci hesablaya bilərik.
[585]
Və sonra biz ticarət etməyə hazır olduqları
[587]
yaxşı bir qiymətin nə olduğunu düşünə bilərik
[589]
və ticarət etdikləri zaman
[590]
ikisinin də istehsal imkanları əyrilərinin
[592]
xaricinə çıxa biləcəklərini görərik.
Most Recent Videos:
You can go back to the homepage right here: Homepage





