🔍
DNA cloning and recombinant DNA | Biomolecules | MCAT | Khan Academy - YouTube
Channel: Khan Academy
[0]
Gəlin DNT-nin klonlanması
haqqında bir az danışaq.
[3]
Hansı ki, bu, bir DNT hissəsinin
[5]
eyni nüsxələrini çıxarmaqdır.
[7]
Ümumiyyətlə, bu hissə bizə lazım olan
[9]
bir şeyi kodlayan bir DNT parçasıdır,
[11]
məsələn, bizə faydalı olduğunu düşündüyümüz
[14]
bir proteini ekspressiya edən bir gen.
[18]
Klonlama terminini Ulduz Döyüşləri
filmindəki Klon
[19]
müharibələri və ya Dolly qoyunundan
[23]
eşitmiş ola bilərsiniz
[25]
və bu, bununla əlaqəli bir mövzudur.
[26]
Qoyun kimi bir heyvanı və ya bir orqanizmi klonlaşdırırsınızsa,
[30]
klonladığınız heyvanla tam eyni
[32]
genetik materialı olan
bir heyvan yaradırsınız.
[36]
Ancaq klonlama və DNT klonlaması haqqında danışarkən
[39]
bir az daha sadə bir şeydən danışırıq.
[41]
Gördüyümüz kimi, hələ də olduqca maraqlıdır.
[44]
DNT hissəsinin eyni nüsxələri
[48]
Bəs bunu necə edək?
[50]
Deyək ki, bu, buradakı bir DNT zənciridir
[54]
və mən onu düz çəkirəm,
[55]
amma o qoşa zəncirdən ibarətdir,
[57]
buraya yazıram,
[58]
bu ikizəncirlidir.
[60]
Çoxsaylı zəncir çəkmək
[61]
istəmirəm.
[63]
Amma, çəkməyə çalışacam ki,
[64]
özümüzə bunun ikizəncirli
[67]
olduğunu xatırladaq.
[68]
Bəli, çəkdik.
[70]
Bu, ikizəncirli DNT-dir
[72]
və deyək ki, bu DNT-nin bu hissəsində
[77]
klonlamaq istədiyimiz bir gen var.
[81]
Bunun sürətlərini çıxarmaq istəyirik.
[84]
Yəni klonlaşdırılacaq geni.
[87]
Klonlaşdırmaq üçün geni.
[89]
Etmək istədiyimiz ilk şey
[91]
bu geni bir yolla kəsməkdir.
[94]
Bunu etmək yolumuz da
[95]
restriksiya enzimlərindən istifadə etməkdir.
[97]
Bir qrup restriksiya enzimləri var.
[99]
Bir sivilizasiya olaraq
[100]
bu fermentləri tapıb
DNT-nin hansı nöqtələrini kəsə
[103]
bildiklərini müəyyənləşdirə biləcəyimiz
dərəcəyə çatmağımızı
[106]
şəxsən heyranedici hesab edirəm.
[109]
Enzimlər xüsusi ardıcıllıqları tanıyırlar
[111]
və sonra fərqli DNT parçalarını kəsmək üçün
[112]
hansı restriksiya enzimini istifadə edəcəyimizi
[115]
yaxşı anlaya biləcək
[117]
səviyyəyə çatmışıq.
[120]
Beləliklə, restriksiya
enzimlərindən istifadə edirik.
[122]
Bir restriksiya enzimi istifadə edə bilərik,
[124]
icazə verin burada fərqli bir rəng istifadə edim,
[126]
burada doğru yerə birləşərək
[130]
genetik ardıcıllığı müəyyənləşdirir
[132]
və geni doğru yerindən kəsir.
[135]
Beləliklə, burada bir restriksiya enzimi ola bilər
[138]
və sonra kəsmək istədiyimiz
digər tərəfdəki ardıcıllığı
[141]
müəyyən edən başqa
bir restriksiya enzimindən
[144]
istifadə edə bilərsiniz.
[146]
Bunları işarələyirəm.
[148]
Bunlar
[151]
restriksiya enzimləridir.
[154]
Restriksiya enzimləri.
[159]
Məhz indi
[160]
restriksiya enzimlərini tətbiq etdikdən sonra
[162]
bu geni əldə edəcəksiniz.
[165]
Hər iki tərəfdə də bir az artıq qalmış ola bilər,
[168]
ancaq əslində geni kəsmisiniz.
[170]
Geninizi kəsmək üçün restriksiya
enzimlərindən istifadə etdiniz
[173]
və sonra etmək istədiyimiz onu
[176]
plazmid dediyimiz şeyə yapışdırmaqdır.
[177]
Və plazmid,
[182]
xromosomların xaricində yerləşən,
[185]
orqanizmin genetik aparatı ilə
[186]
birlikdə çoxala bilən
[188]
orqanizmin
[192]
genetik material parçasıdır.
[194]
Və ya hətta xromosomlarda olan
[195]
genlər kimi
[197]
ekspressiya oluna bilərlər.
[200]
Yəni kəsdiyimiz yer budur,
[202]
bunu yazıram
[203]
geni kəsdik
[206]
və sonra yapışdırmaq istəyirik,
[208]
yəni bir plazmidə yapışdırmaq istəyirik.
[212]
Və plazmidlər dairəvi formalı DNT-dir.
[215]
Beləliklə, onu plazmidə yapışdıracağıq.
[218]
Və uyğunlaşmaları üçün
[219]
burada çox vaxt bu çıxıntılar olur.
[223]
Beləliklə, burada bir çıxıntı ola bilər,
[225]
burada da bir çıxıntı ola bilər.
[227]
Beləliklə, yerləşdirdiyimiz plazmid
[230]
tamamlayıcı əsas cütlərinə sahib ola bilər ki,
[234]
bu da genin və plazmidin bir-biri ilə
[236]
əlaqə qurmasını
[239]
asanlaşdıracaq.
[242]
Gen və plazmidi əlaqələndiririk.
[245]
Və bu çox möhtəşəmdir,
[246]
çünki DNT,
[248]
əllərimizlə idarə edə
[250]
biləcəyimiz şey deyil,
[251]
amma bu yolla biz onu kopyalayıb,
yapışdıra bilirik.
[254]
Bu məhlulları hazırlayırsınız
[256]
və restriksiya enzimlərini tətbiq edirsiniz.
[258]
Restriksiya enzimləri bu şeyləri
[260]
kəsir.
[261]
Bu reaksiyanın meydana gəlməsi
[263]
üçün doğru bir şəkildə əlaqəyə girirlər,
[265]
sonra bu genləri əldə edirsiniz
[266]
və onları plazmidin uclarındakı
[268]
ardıcıllıq ilə
[271]
uyğunlaşdırırsiniz.
[272]
Burada həmçinin bir qrup DNT
liqazadan istifadə edilir.
[276]
DNT liqaza,
[280]
bu zəncirləri
[282]
burada birləşdirir.
[284]
DNT-nin ikiləşməsini öyrənəndə
DNT liqazanı da görmüşdük.
[287]
Deməli, bu, DNT liqazasıdır ki,
[291]
bunlar yapışdırmağa
[293]
kömək edir.
[295]
Beləliklə, indi bu plazmidimiz var
[298]
və bu plazmidi bizim üçün nüsxə çıxara biləcək
[301]
bir orqanizmə daxil etmək istəyirik.
[303]
Vəbunun üçün əsasən istifadə olunan orqanizm
[305]
bakteriyalar və xüsusilə E. colidir.
[310]
İndi nə edə bilərik?
[311]
Deyək ki, əlimizdə içində bir qrup
[315]
bakteriya olan flakon var.
[319]
Bir flakonunuz var və içərisində bir
[322]
qrup E. Coli olan bir məhlul var.
[325]
Bir qrup E.Coli.
[326]
Əslində bunu adi gözlə görə bilməyəcəksiniz,
[328]
amma bu məhlulda E. coli var.
[331]
Və sonra gözlə görməyin daha çətin
[334]
olduğu plazmidləri məhlula əlavə edək
[336]
və bir yolla E. coli,
[340]
bakteriyalarının bu plazmidləri
götürməyini istəyirik.
[343]
Ümumiyyətlə tətbiq edilən texnika,
[345]
sistemə bakteriyaların plazmidləri götürməsini təmin edən
[347]
bir növ şok verməkdir.
[351]
Və əsasən verilən şok istilik şokudur.
[353]
Və bu istilik şokunun necə işlədiyi
[356]
tam başa düşülməyib,
[358]
amma işə yarayır
[359]
və buna görə insanlar bir müddətdir
bundan istifadə edirlər.
[362]
Beləliklə, burada bir
[364]
bakteriyanız var,
[367]
onun mövcud DNT-si var ki,
[371]
bu da onun mövcud genetik materialıdır,
[375]
buraya yazıram.
[377]
Bu bakteriyadır.
[380]
Bakteriyanı plazmidin olduğu
[384]
sahəyə qoyursunuz
[387]
və istilik şokunu tətbiq edirsiniz
[389]
və plazmidlər bakteriyalara
[393]
daxil olacaq.
[395]
Bu, buna bənzər şəkildə
[400]
baş verəcək.
[402]
Daha sonra içərisində bəziləri
[403]
plazmid qəbul etmiş bakteriyalar olan
məhlulu
[407]
götürürsünüz və
[410]
bakteriyaları bir şüşə üzərində
[411]
yetişdirirsiniz.
[414]
Burada çəkəcəyəm.
[415]
Burada bakteriyalarımızı
[417]
böyütmək üçün
[422]
bir qab var,
[424]
qabın içərisində bakteriyaların
böyüyə biləcəyi
[428]
qida maddələri var.
[431]
Tərkibində qida
[433]
maddələri var.
[435]
Bakteriyalı məhlulu buraya tökün,
[436]
bir müddət sonra burada bir
qrup bakteriya yetişəcək.
[439]
Beləliklə, burada buna
bənzər şeyləri görərdiniz,
[441]
burada çoxlu bakteriya hüceyrəsi,
[444]
bakteriya koloniyaları olardı.
[445]
Onların böyüməsinə icazə verə bilərsiniz,
[446]
amma burada bir problem var.
[448]
Çünki bakteriyaların bəzilərinin
[450]
plazmidləri götürəcəyini,
[452]
bəzilərinin isə qəbul etmədiyini qeyd etdim.
[453]
Beləliklə, burada olan bakteriya
[454]
koloniyalarından hansılarının plazmid qəbul etmiş
[456]
bakteriyalar vasitəsilə
[459]
əmələ gəldiyini bilməyəcəksiniz.
[461]
Yəni bu sizə lazım olan bir koloniyadır.
[463]
Yəni bu yaxşı bir koloniyadır,
[465]
burada bir təsdiq işarəsi qoyaq.
[467]
Ancaq bəlkə də bu koloniya, ilkin bir bakteriya
[471]
və ya plazmid almamış bir sıra bakteriya tərəfindən əmələ gəlmişdir ki,
[474]
onlar sözü gedən geni daşımır.
[477]
Yəni bu sizə lazım deyil.
[479]
Plazmid götürən bakteriyaları
[483]
necə seçə bilərik?
[486]
Etməli olduğunuz şey,
[487]
nüsxələrini çıxarmaq istədiyiniz
[490]
genlə yanaşı,
[492]
plazmidinizə antibiotikə
[496]
davamlılıq üçün
[499]
bir gen əlavə etməkdir.
[501]
Beləliklə, indi burada antibiotikə davamlılıq üçün
[504]
bir geniniz var
[506]
və mən düşünürəm ki, bəşəriyyət olaraq
[508]
bu cür şeyləri edə bilərik,
[510]
amma indi yalnız plazmid qəbul edən bakteriyalar
[513]
bu antibiotik davamlılığına sahib olacaqlar.
[515]
Beləliklə, artıq qidalı mühitə
[518]
həm də antibiotiklər
[521]
əlavə edəcəksiniz.
[523]
Onlar antibiotikə davamlı olduğu üçün
[527]
sağ qalacaq.
[529]
Çünki antibiotiklərə qarşı həssas olmamasını
təmin edən
[532]
bu gen var.
[533]
Ancaq bunlar belə olmayacaq.
[536]
Bunlar sağ qalmayacaq.
[537]
Bu qidalarla qarışıq
[538]
antibiotiklər olduğu üçün
[540]
böyüməyəcəklər.
[542]
Və bu çox gözəl bir şeydir.
[543]
Sizə lazım olan genlə başladınız,
[546]
kəsib plazmidimizə yapışdırdınız.
[550]
Buraya yazım,
[552]
plazmid alan hər hansı bir bakteriyada
[557]
antibiotikə davamlılıq göstərən
[560]
bir gen də var.
[563]
Bu plazmidləri bakteriyaların
yanında qoyursunuz
[566]
və bir növ şok,
[568]
bəlkə də istilik şoku verirsiniz,
belə ki, bəzi bakteriyalar onu götürür
[570]
və sonra bu bakteriyalar çoxalmağa başlayır.
[573]
Çoxaldıqca plazmidləri də çoxaldır
[577]
və bu antibiotiklərə davamlı olduqları üçün
bu qidalandırıcı antibiotik qarışığında
[581]
böyüyəcək və plazmidləri götürməmiş
[584]
digər bakteriyalar isə
[587]
inkişaf etməyəcək.
[589]
Eynilə bunu ala bildiyiniz kimi,
[591]
bu koloniyanı da buradan götürüb
[594]
başqa bir məhlula qoyub
[597]
böyütməyə davam edə bilərsiniz
[598]
və beləliklə, bu bakteriyanın içərisində olan
bu genin çoxsaylı nüsxəsinə
[601]
sahib olacaqsınız.
[605]
İşləri olduqca dramatik bir
[606]
şəkildə sadələşdirməyi bitirdim,
indi növbəti sual,
[609]
indi bu genin bir çox nüsxəsi
[611]
olan bir qrup bakteriya var,
[613]
bəs ondan necə istifadə edərdiniz?
[614]
Deyək ki, bu geni bir şey üçün istehsal
[616]
etmək istəyirsiniz, məsələn şəkərli
[619]
diabet xəstələri üçün insulin.
[622]
Bu zaman genetik materialı
çoxaltmaq üçün
[624]
bu bakteriyaların çoxalma
[627]
mexanizmindən istifadə
[630]
edə bilərik,
[634]
Həmçinin
[635]
bakteriyalar həm öz DNT-lərini,
[637]
həm də plazmiddəki
genləri ekspressiya edə bilər.
[640]
Bakteriyalara antibiotik davamlılığı
qazandıran şey budur,
[643]
bu gen insulin geni olsaydı,
[645]
onda bakteriyalar bir şəkildə
[647]
istifadə edə biləcəyiniz
[653]
bir qrup insulin molekulu
[655]
istehsal edərdi.
[657]
İnsülini necə əldə edəcəyiniz və ondan
[659]
necə istifadə edə biləcəyiniz barədə
[660]
bütün təfərrüatlara toxunmayacağam,
[662]
amma şübhəsiz ki,
[663]
hətta bu nöqtəyə gələ bilməyimiz belə çox yaxşıdır.
Most Recent Videos:
You can go back to the homepage right here: Homepage





