Trade and tariffs | APⓇ Microeconomics | Khan Academy - YouTube

Channel: Khan Academy

[0]
Bu videoda ticarətin bazarda
[2]
iqtisadi artığa necə təsir etdiyini və
[6]
gömrük rüsumu haqda düşünəcəyik.
[7]
Gömrük rüsumu dövlətin hər vahid üçün
[10]
idxal olunan məhsula qoyduğu dəyərdir ki,
[14]
əsasən daxili bazarı qoruyur, amma
[17]
bəzən gəliri də artırır.
[20]
Beləliklə, burada hansısa bir ölkənin
[22]
şəkər bazarının sadə modeli verilmişdir.
[25]
Biz hər şeydən əvvəl fərz edirik ki, bu ölkə
[28]
təcrid olunmuş vəziyyətdə fəaliyyət göstərir.
[31]
Bu, o ölkənin şəkər istehsalçıları üçün təklif əyrisi,
[35]
bu isə həmin ölkənin şəkər istehlakçıları üçün
[38]
tələb əyrisidir.
[41]
Burada həmin ölkə üçün qiymət və
[43]
miqdar tarazlığını görə bilərsiniz.
[46]
Biz artıq bunu digər videolarda nəzərdən keçirmişdik, bu
[49]
dünyada ümumi iqtisadi artıq nə deməkdir?
[51]
Beləliklə, ümumi iqtisadi artıq
[53]
buradakı üçbucaqla müəyyən ediləcək.
[57]
O, təklif əyrisindən yuxarıda və
[60]
tələb əyrisindən aşağıdakı sahədir.
[62]
Bilirik ki, qiymət 3 olduqda düz xətdən
[67]
yuxarıdakı hissə istehlakçı artığı;
[72]
aşağıdakı hissə istehsalçı artığıdır.
[77]
Deyək ki, bu bazar dünyaya,
[80]
dünya qiymətlərinə açılır.
[83]
Bu baş verdikdə dünya qiymətinin özünə
[86]
təsir etməyəcək, bu bazar çox böyükdür və
[89]
bu ölkənin bazarı nisbətən kiçikdir.
[91]
Beləcə, dünya bazarında deyək ki,
[94]
şəkərin qiyməti $1.50-dir.
[98]
Buradakı $1.50 dünya qiymətidir,
[100]
gəlin buraya yazaq.
[104]
Bu bizim dünya, dünya qiymətimizdir.
[109]
Bunun qiymətinin dünya qiyməti olduğunu
[111]
fərz etsək, nə baş verər?
[114]
Dünya qiymətində bu bazarın
[119]
istehlakçıları, şəkər alanlar, daha çox
[121]
almağa meyilli olacaqlar.
[123]
Qiymətin $1.50 olduğu və
[125]
tələb əyrisi ilə kəsişdiyi yer buradır.
[129]
Bəs indi bu ölkənin buradakı bazarda
[131]
istehlakçı artığı nə qədərdir?
[134]
İstehlakçı artığı
[136]
bu ölkədə indi daha böyük olacaq.
[139]
Bu əvvəl əhatə etdiyi üçbucaq da daxil
[141]
olmaqla indi işarələdiyim yeri əhatə edir.
[144]
İndi də istehsalçı artığına baxaq.
[148]
Bu ölkə və ya bazardakı istehsalçılar
[152]
artıq burada göstərdiyim qədər
[154]
istehsalçı artığına sahibdirlər. Amma
[157]
ümumi iqtisadi artığa baxsaq
[158]
konkret olaraq artmışdır.
[161]
Ümumi iqtisadi artıq orijinal üçbucaq
[164]
olmaqdan çıxıb və sahəsini
[169]
bütün bu göstərilən yol boyunca yayıbdır.
[172]
Görə bilərsiniz ki, bu sahə əvvəlki
[175]
ümumi iqtisadi artığı
[178]
tamamilə əhatə etmişdir.
[181]
Nəzəri cəhətdən bir bazar belə bir
[184]
dünya qiymətinə açıldıqda bu sizin
[186]
ümumi iqtisadi artığınızı artıracaq.
[190]
Əgər dünya qiyməti izolasiya dövründəki tarazlıq
[194]
qiymətindən azdırsa, bu istehlakçıların
[197]
xeyrinə olacaq, istehsalçılar isə
[201]
artığın bir qismini itirəcək.
[204]
Deyək ki, bazarda güc dövlətə keçir və
[207]
deyir ki, mən şəkər istehsalçıları
[210]
tərəfindən seçilmişəm.
[212]
İşlərin gedişindən razı deyiləm.
[215]
Ölkəmizdə şəkər istehsalçıları əziyyət çəkir və onlar
[217]
böyük səsvermə blokudur.
[219]
Ona görə də gömrük rüsumu tətbiq ediləcək.
[221]
Bir də xatırlayaq, gömrük rüsumu hər vahidə ödənilən
[224]
dəyərdir, və ya çox vaxt belə olur.
[225]
Deyək ki, idxal edilən hər kiloqram
[232]
üçün gömrük rüsumu 50 sentdir.
[236]
Onda haqqında danışdığımız bazar üçün
[239]
dünya qiyməti neçə olacaq?
[243]
İstehlakçılar artıq $1.50 yerinə
[246]
50 sent artıq ödəyərək
[249]
şəkəri əldə edə biləcəklər.
[252]
Beləliklə, gömrük rüsumu qiymətin artmağına səbəb olur.
[257]
Bu situasiyada nə baş verdi?
[260]
İndi xəttin tələb əyrisini kəsdiyi yerdə
[262]
miqdar əvvəlki dünya qiymətindən az olur.
[266]
Dünya qiymətində bu bazarda daha çox
[268]
şəkər istehlak edirdik,
[269]
indi isə daha az çəkər istehlak ediləcək.
[271]
Bununla belə, rüsuma rəğmən, qiymət ilkin
[275]
izolasiya dövründəki
[276]
tarazlıq qiymətindən az olacaq,
[278]
biz hələ də ticarətə açılmamışdan
[281]
əvvəlki zamanla müqayisədə
[283]
daha çox şəkər istifadə edirik.
[287]
Bəs indi bu rüsum artıqlığa nə etdi?
[291]
Belə ki, istehlakçı artığı azad ticarət
[294]
ssenarisiylə müqayisədə aşağı düşdü.
[296]
Buradan aşağıdakı sahəni itirdik.
[298]
İndi istehlakçı artığı
[300]
mavi ilə işarələdiyim yer olacaq.
[303]
Bununla da biz yerli istehsalçı artığını yuxarı qaldırdıq.
[307]
O bura qədər artış göstərdi.
[310]
Bəs bu hissəyə nə olur?
[314]
Bu həm istehsalçı, həm də istehlakçılar
[316]
üçün artıq mövcud deyil?
[319]
Bunlardan bəziləri dövlət gəliridir.
[322]
Bəs dövlət gəliri nə olacaq?
[324]
Bu, rüsum vurulsun miqdara
[325]
bərabər olan məbləğdir.
[328]
Gömrük rüsumun məbləği 50 sentdir ki,
[332]
buradakı hündürlüyə bərabərdir.
[333]
Onda bu rüsumda olan
[335]
miqdar nə qədərdir?
[336]
Yaxşı, buradakı bütöv hissə
[339]
idxal olunan miqdardır.
[344]
Bu hissə yerli istehsal,
[347]
bu isə idxal olunmuş miqdardır.
[349]
İdxal olunan miqdar vurulsun gömrük
[353]
rüsumu, yəni buradakı sahə
[355]
dövlətin gəliri olacaq.
[358]
Amma ümumi iqtisadi artığın bir hissəsi
[361]
indi sadəcə xalis itkiyə çevrilir.
[363]
Ağ rənglə işarələnmiş
[366]
bu balaca üçbucaqlar
[369]
xalis itkilərdir.
[372]
Mövzunu burada saxlayıram.
[373]
Gördüyünüz kimi ticarətə açıldıqda nəzəri
[377]
cəhətdən ümumi iqtisadi artıq artır.
[381]
Amma bunun istehsalçılar üzərində nəticələri ola bilər.
[383]
Əslində elə hallar
[385]
var ki, bunun bazardakı istehlakçılar,
[388]
alıcılar üçün də nəticəsi olur.
[391]
Və çox zaman dövlət gömrük rüsumu tətbiq edir.
[394]
İndi bilirsiniz ki, gömrük rüsumu
[396]
ümumi iqtisadi artığı azaldır.
[399]
Bəziləri dərhal gəlirə,
[401]
qalanı isə xalis itkiyə gedir.
[405]
Başqa bir ideyada deyir ki, dövlət bəzən
[408]
kvota ideyasını işlədir. Orda deyirlər ki,
[411]
biz sadəcə ümumi idxal həcmini
[413]
bəyənmirik, ona görə də,
[415]
sadəcə idxala limit qoyurlar.
[417]
İndi isə vaxt verirəm ki, kvota və onun
[420]
ümumi iqtisadi artığa təsirini düşünəsiniz.